Fotonun keçmiş sevgilisinə dəfələrlə zəng etdiyi üçün həbs olunan şəxsi göstərdiyi iddiası

Fotonun keçmiş sevgilisinə dəfələrlə zəng etdiyi üçün həbs olunan şəxsi göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Fotodakı şəxs 2010-cu ildə başqa bir səbəblə saxlanılıb.

Pensilvaniya, Oklahoma polis şöbəsinin hesabatında hadisənin baş verdiyi yer, tarix və şəxs ilə bağlı detalları tapmaq mümkündür.

İddia hekayəsinə dair ən keçmiş paylaşım “Worldnewsdailyreport” adlı parodiya xəbərlər hazırlayan bir sayta aiddir.

Pensilvaniyada təkrarlanan zənglərlə kimisə narahat edən hər hansı bir şəxs taciz qanunu əsasında məsuliyyətə cəlb oluna bilər.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada paylaşılan bir fotonun sevgilisinə 70 mindən çox zənglər etdiyi və mesajlar göndərdiyi üçün həbs edilən şəxsi göstərdiyi iddia olundu.

teyitaz iddia ekrani fotodaki sexsin zenglere gore hebs edildiyi iddiasi

Hekayənin mənbəyi parodiya xəbərlər paylaşan bir veb saytdır

İddiada istifadə edilən fotonu əks axtarış üsulu ilə arama motorlarında araşdırdıqda TinEye nəticələrinə əsasən 2010-cu ilə aid bir xəbər linkini tapmaq mümkündür. Xəbər artıq silindiyi üçün internetdəki veb saytların arşivini saxlayan Internet Archive üzərində arşivini görüntüləmək mümkündür. Buradakı məlumat polisin ABŞ-ın Pensilvaniya əyalətində saxladığı bir nəfər ilə bağlı  xəbərdir.

teyitaz wayback machine kecmis xeberin goruntusu

Wayback Machine-da yerləşən xəbər

Xəbərin sonunda verilən polis hesabatına da Wayback Machine vasitəsilə arşivini görüntüləmək mümkündür. Hesabatı oxuduqda görürük ki, Steed Ciera adlı şəxsin saxlanılmasına köhnə sevgilisini telefon zəngləri ilə narahat etməsi deyil, ictimai yerdə içkili olması və yol hərəkət qaydalarını pozması səbəb olub. İddianın mənbəyini araşdırdıqda isə ən keçmiş paylaşımın 24 iyun 2014-ci ildə parodiya xəbərlər hazırlayan  "Worldnewsdailyreport" adlı saytın yayınladığı xəbər olduğunu görürük.  

Əgər iddiada deyildiyi kimi fotodakı şəxs keçmiş sevgilisini dəfələrlə zəng edərək və mesajlar yollayaraq narahat etsəydi, Pensilvaniya qanunlarına görə cəzalandırıla bilərdi.