Fotonun İranın Ermənistana silah göndərdiyini göstərdiyi iddiası

Fotonun İranın Ermənistana silah göndərdiyini göstərdiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Fotodakı yük maşınının nömrə nişanı Belarusa aiddir.

Fotonun İranın Ermənistana etdiyi yardımı göstərdiyinə dair bir dəlil yoxdur.

Fotonun Qarabağ döyüşləri ilə əlaqəsi yoxdur.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkələrdə bir çox hesab tərəfindən paylaşılan fotonun Qarabağ döyüşləri zamanı İranın Ermənistana yolladığı silah yardımını göstərdiyi iddia edildi. 

iran ermenistan 1

Foto 2015-ci ildən bəri paylaşılır

Fotonu əks axtarış üsulu ilə axtardıqda 2015-ci ildən bu günə qədər bir çox internet səhifəsində ve sosial şəbəkə hesabında paylaşıldığını görmək mümkündür. Bu saytlardan birində iddiadakı fotoya dair başqa görüntülər də mövcuddur.

iran ermenistan 2

Fotolardakı nəqliyyat vasitəsinin nömrə nişanını licenseplatemania.com saytı vasitəsilə axtardığımız zaman, İrana deyil, Belarus Respublikasına aid olduğunu görürük.

İran nömrə nişanları fars dilində hərf və rəqəmlərdən ibarətdir.

iran ermenistan 3

Belarus nömrə nişanları isə nəqliyyat vasitəsinin növünə görə dəyişkənlik göstərir. Yük maşını və tır kimi nəqliyyat vasitələrinin nömrə nişanları bir hərf - dörd rəqəm - bir hərf və bir rəqəm formulu əsasında hazırlanır.

İddiadakı fotoda görünən nömrə nişanı bu formula uyğundur: A-7535B-1. Nömrə nişanının son rəqəmi nəqliyyat vasitəsinin qeydiyyatda olduğu bölgəni ehtiva edir. 1 rəqəmi Brest rayonunu təmsil edir. Bundan əlavə, bu nömrə nişanlarında kiril və latın əlifbalarının ikisində də mövcud olan hərflərdən istifadə olunur.

iran ermenistan 4

iran ermenistan 5

Fotodakı tank isə Belaruslu Minotaur şirkətinin istehsal etdiyi MT-L. Bu tanklarının yeni versiyası olan TZM122 tankına bənzəyir.

iran ermenistan 6

Bu tankın ölçüsü bir tırın yük hissəsinə yerləşəcək böyüklükdədir.

iran ermenistan 7

 

 

Telegram ve Twitterdə fərqli MT-LBu tank modellərinin bir tırın yük hissəsinə yerdləşdiyini göstərən videolarla rastlaşmaq mümkündür.

Bəzi paylaşımlarda iddiadakı fotonun Ukraynadakı böhran zamanı Rusiyanın Ukraynaya göndərdiyi humanitar dəstəyi göstərdiyi fikri irəli sürülüb. Lakin bu dəstəklə əlaqədar hazırlanan digər xəbərlərə baxdığımız zaman, iddiadakı maşının yardımı daşıyan yük maşınlarına oxşamadığı qənaətinə gəlinir.

İddiadakı tankı daşıyan nəqliyyat vasitəsinin başqa bucaqdan şəkilmiş fotosu 2015-ci ilə aid bir hekayə paylaşımında istifadə edilib.