Fotonun İranda edam edilən üç qadını göstərdiyi iddiası

Fotonun İranda edam edilən üç qadını göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Foto 2014-cü ilin oktyabr ayında Berlində Reyhan Cabbarinin edamına etiraz olaraq keçirilən aksiyasındandır.

İran İnsan Haqları Təşkilatı (IHRNGO) 27 iyul 2022-ci il tarixində biri azyaşlı gəlin üç qadının üç fərqli həbsxanada edam edildiyini bildirib.

Beynəlxalq Amnistiya Təşkilatının yaydığı məlumata əsasən İranda 2022-ci ilin ilk 6 ayında ən az 251 nəfər edam edilib. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 2 qat artıqdır.

Sosial mediada yayılan bir fotonun İranda edam edilən üç qadını göstərdiyi iddia edilib. 

iddia ekrani fotonun iranda edam edilen uc qadini gosterdiyi iddiasi

Foto Berlində keçirilmiş bir etiraz aksiyasındadır

Fotonu əks axtarış üsulu ilə araşdırdıqda, 2014-cü ildən bəri internetdə paylaşıldığını görürük

fotonun orijinalipng

Foto 27 oktyabr 2014-cü ildə Berlində çəkilib. Foto Ukraynanın qadın haqlarını müdafiə təşkilatı olan FEMEN-in, İranda 26 yaşlı qadın Reyhan Cabbarinin edamına etiraz olaraq Berlində keçirdiyi aksiyadandır. Mətbuatda yer alan məlumata əsasən Reyhan Cabbari ona təcavüz etməyə çalışan Morteza Abdolali Sarbandinin qətlinə görə edam edilib.

İran İnsaq Haqları Təşkilatı (IHRNGO) 27 iyul 2022-ci il tarixində eyni gündə üç qadının edam edildiyini bildirib. Açıqlamada biri azyaşlı gəlin üç qadının üç fərqli həbsxanada edam edildiyi deyilir. Qurumun hesabatına əsasən 2010 oktyabr ayından 2021-ci ilin sonuna qədər ən az 164 qadın edam edilib.

Beynəlxalq Amnistiya Təşkilatının yaydığı məlumatda da İranda 2022-ci ilin ilk altı ayında ən az 251 nəfərin edam edildiyi bildirilib. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən iki qat artıb.