Fotonun II.Ramzes üçün hazırlanmış pasportu göstərməsi iddiası

Fotonun II.Ramzes üçün hazırlanmış pasportu göstərməsi iddiası

İsmail Kılıç Elkin Khalilov

Sosial mediada paylaşılan görüntüdə 1974-cü ildə firon II Ramzesə aid mumiyanın çürüməsinin qarşısını almaq üçün Fransaya daşınma prosesi zamanı hazırlanan pasportun əks olunduğu iddia edilib.

misir pasaport iddia

Ötən illərdə paylaşılan yazılarda da ingiliscə və ərəbcə mətnləri ilə iki fərqli pasport şəkli var.

az 2 ramses kolaj min 1

Pasportlar gerçəyi əks etdirmir

İddianı paylaşımlardakı pasport şəkillərini araşdıraraq təhlil etməyə başlayırıq.

Foto axtarış metodundan istifadə edərkən 'Heritagedaily' adlı internet saytı ortaya çıxır.

Saytın 2020-ci il, martın 25-də “II Ramzesin pasportu” başlığı ilə dərc etdiyi yazıda fotonun bir rəssam tərəfindən hazırlandığı və gerçəyi əks etdirmədiyi yazılır.

az 2 ramses pasaport iddiasi 2 min

Bundan əlavə, yazıda qeyd edilir ki, Ramzes üçün hazırlanmış həqiqi pasport ictimaiyyətə təqdim olunmayıb.

Paylaşımlarda Misir pasportu olaraq hazırlanan digər görüntünü araşdırarkən görürük ki, II.Ramzesə aid məlumatlar fotoya sonradan əlavə edilib.

az 2 ramses pasaport

Fotoda qırmızı qrafalardakı mətnlər daha parlaq və aydın olduğu halda, mavi qrafalardakı mətnlərin daha solğun və daha az aydın olduğu görünür. Bundan əlavə, iki bölgədəki mətnlər arasında şrift fərqi aydın şəkildə seçilir.

Pasport şəklini axtarışa verdiyimiz zaman fotonun rəqəmsal platformalarda hazırlandığı ortaya çıxır. 2018-ci ildə “Vintage Everyday” bloqunda yayımlanan yazıda fotonun model kimi hazırlandığı barədə məlumat var.

Ramzesin fotosu ilə misirli bir nəfərin pasportunda olan foto dəyişdirilərək məlumatlar sonradan əlavə edilib. Orijinal pasport şəkli də mövcuddur.

az misir pasaport orijinal gorsel

II. Ramzes ve pasport iddiaları

Firon II. Ramzesə pasport verildiyi ilə bağlı iddiaları internetdə axtararkən mumiyanın göbələk böyüməsi təhlükəsi səbəbi ilə 1974-cü ildə Fransaya aparılmaq istəndiyini öyrənirik.

II. Ramzesə məxsus mumiya 1976-cı ildə Misir Qahirə Muzeyindən Fransa hərbi təyyarəsi ilə Parisə aparılıb.

Tarixin mübahisəli mövzularından biri də II.Ramzesə pasport verilməsi ilə bağlı məlumatdır. Bu mövzuda mühüm mənbələri özündə əks etdirən iki rəvayət var. Ancaq açıq mənbələrdə əksini tapan rəsmi pasport və ya sənəd yoxdur.

Müxtəlif məlumatlara görə, mumiyanın Misir hökuməti tərəfindən Parisə göndərilməsi üçün pasport hazırlanıb. Lakin pasport Fransa qanunlarına görə çıxarılmayıb. Dövrün qanunlarına görə Misirdə yaşayan şəxslərlə birlikdə, ölülərin də xaricə çıxarılması pasport hazırlanmalı idi. Həmçinin qeyd edilir ki, Misir bu yolla mumiyanın yenidən ölkəyə qaytarılmasını planlayıb.

Məsələni araşdıran AFP dövrün xəbər və sənədli filmlərində belə bir məlumatın olmadığını bildirir. Ramzesin 1976-cı ildə Parisə aparılması ilə bağlı xəbər verən “The New York Times” qəzetində də pasportla bağlı hansısa bir məlumatın qeyd edilmədiyi görünür.

Luvr muzeyinin Misir şöbəsinin eksperti Elizabeth David belə bir sənədin sübutu olmadığını vurğulayıb. O, anlaşılmazlığın Milli Təbiət Tarixi Muzeyinin 1985-ci ildə dərc etdiyi hesabata görə ortaya çıxa biləcəyini bildirib. Davidin fikrincə, mətndəki “pasport” ifadəsi təşkilati işlərdəki qarışıqlığı göstərmək üçün istifadə edilmiş ola bilər.

Fransada ictimai hüquq sahəsində çalışan Tuluza Universitetinin əməkdaşı Mathieu Touzeil-Divinanın sözlərinə görə, Fransa qanunlarında ölmüş insanlar üçün qanuni tələb yoxdur. Divina pasport sözünün yanlış şərh edildiyini, lakin bəzi işlərin həyata keçirilməsi üçün müxtəlif sənədlərin verilməsinin lazım ola biləcəyini bildirib.

AFP-yə müsahibə verən ekspert Laure Cadot 2000-ci illərdən əvvəl mumiyaların ümumiyyətlə əşya kimi qəbul edildiyini və onlar üçün heç bir hüquqi tənzimləmə olmadığını vurğulayıb. Mumiyaları əşya kimi qəbul edildiyi göstərən Avropa Məhkəməsinin 10 oktyabr 1985-ci il tarixli qərarı da var.

Yəni bu sahədə çalışan şəxslərin açıqlamalarına görə, belə bir pasportun tələb olunması mümkün deyil. Misir höküməti tərəfindən isə sənədin mövcudluğu barədə dəqiq məlumat verilməyib. Yəni II.Ramzesin pasportunun olub-olmaması aydın deyil.

Qədim Misir Fironu II.Ramzes kim idi?

Qədim Misirin on doqquzuncu sülaləsinin üçüncü fironu II.Ramzes Misirdə 66 il rəhbərlik edib. O, 90 yaşında ölüb. Misirlilər tərəfindən Böyük Ramzes kimi tanınan Firon II.Ramzes bir çox tarixçilər tərəfindən Misirin ən güclü fironu hesab olunur.

Faktlar

  • Paylaşılan şəkillər gerçəyi əks etdirmir.
  • Pasport görüntülərindən biri 2020-ci ildə “Heritagedaily” saytında dərc edilib. Məzmunda təsvirin gerçəyi əks etdirmədiyi bildirilir.
  • Ərəbcə yazıların olduğu digər pasport şəkli isə başqa bir Misir pasportundan istifadə olunaraq hazırlanıb.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
Tarixci.info, 210 etkileşim aldı. 29/07/2022
Maragli.ws, 391 etkileşim aldı. 15/01/2020
Çox Bilmiş, 347 etkileşim aldı. 28/05/2019
Milli.Az, 01/10/2018
Musavat.com, 01/10/2018
hamısını göstər