Fotonun Hacı Zeynalabdin Tağıyevin Edinburqdakı heykəlini göstərdiyi iddiası

Fotonun Hacı Zeynalabdin Tağıyevin Edinburqdakı heykəlini göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Foto Edinburqdan deyil, Azərbaycanın Xaçmaz rayonundandır.

Edinburqdakı heykəl və abidələri araşdırdıqda Tağıyevin heykəlinə rastlanmır.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəli qoyulub. Açılışdan sonra heykələ zərər vurulub və bu hadisə sosial mediada geniş şəkildə yayılmışdı. Tağıyevin heykəli gündəmdə olarkən sosial şəbəkədə xeyriyyəçi ilə bağlı bir iddia paylaşılıb. Hacı Zeynalabdin Tağıyevin başqa bir heykəlini göstərən foto paylaşılaraq, həmin heykəlin 20-ci əsrdə Şotlandiyanın Edinburq şəhərində ucaldıldığı iddia olunub. 

iddia ekrani tagiyev

Foto Edinburqdan deyil, Xaçmazdandır

İddia fotosuna nəzər yetirdikdə heykəlin üzərindəki ad soyadın azərbaycan dilində yazıldığını görürük. Daha sonra fotonu axtarış motorunda araşdırdıqda Azərbaycanın Xaçmaz rayonundan fotolara rast gəlirik. 2011-2012-ci illərdə Xaçmaz şəhərində çəkilmiş fotolardan və heykəlin üzərindəki yazının azərbaycan dilində olmasından, fotonun Edinburqdan deyil, Xaçmazdan olduğunu öyrənirik. Heykəlin qoyulduğu küçənin adı isə Hacı Zeynalabdin Tağıyev küçəsidir.

flickr heykel tagiyev

Xaçmazdakı heykəl haqqında çıxan xəbərlərə nəzər yetirdikdə, 2015-ci ildə heykəlin yerindən uzaqlaşdırılaraq atıldığına dair məlumata rast gəlmək mümkündür. Həmin dövrdə, foto ilə bağlı açıqlama verən Xaçmaz İcra Hakimiyyəti rəsmisi, abidənin şəxsiyyətlər muzeyinə qoyulduğunu açıqlayıb.

Şotlandiyanın Edinburq şəhərindəki abidə və heykəlləri araşdırdıqda isə Tağıyevin heykəlinə rast gəlinmir.