Fotonun Gucci-nin yeni ayaqqabı modellərini göstərdiyi iddiası

Fotonun Gucci-nin yeni ayaqqabı modellərini göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Foto 2017-ci ildə keçirilən London Moda Həftəsindəndir.

Fotodakı ayaqqabılar Christopher Kane tərəfindən dizayn edilib.

Gucci-nin modelləri arasında bu dizayna rast gəlinmir.

Sosial mediada paylaşılan fotonun Gucci-nin yeni ayaqqabı modellərini göstərdiyi iddia edilib.

iddia ekrani gucci

Foto 2017-ci ildə keçirilən tədbirdəndir

Fotonu əks axtarış üsulu ilə araşdırdıqda 2017-ci ildən bəri paylaşıldığını görürük. Açar sözlərlə axtarışa davam etdikdə görürük ki, foto 2017-ci ildə, Londonda keçirilən moda həftəsində çəkilib.

london moda heftesinden foto

Fotodakı ayaqqabılar Christopher Kane adlı dizayner tərəfindən hazırlanıb. Onu rəsmi internet səhifəsində də bənzər modeldə ayaqqabılar satılıb.

dizaynerin veb sayti

Bundan əlavə Gucci-nin ayaqabı modelləri arasında bənzər dizayna rast gəlinmir.