Çobanlıq edən uşağı göstərən foto sosial şəbəkədə geniş şəkildə paylaşılıb. Foto ilə bağlı paylaşılan məlumatda isə uşağın keçmiş Fransa Təhsil naziri Najat Belkacem olduğu iddia edilib.
Fotonu əks axtarış üsulu ilə araşdırdıqda səhifələrlə nəticə ilə qarşılaşırıq. Çünki bu iddia sadəcə Azərbaycanda deyil, başqa ölkələrdə də yayılıb.
Əks axtarış nəticələrindən birində fotonun 2016-cı ildə Le Monde qəzetində də yayınlandığını görürük. Mərakeşdə çobanlıq edən uşağı göstərən bu foto UNICEF fotoqrafı Giacomo Pirozzi tərəfindən çəkilib.
Fotonu UNICEF mənbələrində tapa bilmək üçün Google axtarışdan istifadə edə bilərik. Fotonun sol alt qismində lazımi məlumatları tapmaq mümkündür. Bu məlumatlar ilə Google-da fotonun üzərində yazan bir mətni axtaraq.
Nəticələrdə “12 İyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü” başlıqlı bir UNICEF təqdimatına rast gəlirik. Başqa bir nəticə də UNICEF-in 2015-ci ildə yayınladığı “Mərakeşdəki uşaqların vəziyyətinin təhlili” adlı hesabatdır (səh. 26). Fotonun açıqlamasında isə uşaq əməyinə qarşı dünyada mübarizə aparmağa dair mesaj verilib.
Hesabatda istifadə edilən fotonun orijinal versiyası
AFP Factual komandasının müraciət etdiyi UNICEF də fotonun 2005-ci ildə həyata keçirilən bir layihə zamanı çəkildiyini və fotodakı uşağın isə bir il təhsil aldıqdan sonra təhsilini dayandırmaq məcburiyyətində qalan Fouzia olduğunu açıqlayıb.
Yəni fotodakı uşaq Fransanın keçmiş naziri Najat Vallaud-Belkacem deyil.
Lakin iddia fotolarında müqayisə üçün istifadə edilən digər fotolar Belkacemi göstərir.
Belkacem də Mərakeşlidir və immiqrantdır
Najat Vallaud-Belkacem 4 oktyabr 1977-ci ildə Mərakeşin Bni Chiker adlı kəndində doğulub. Çoban uşaq ilə əlaqələndirilməsinin səbəbi bu ola bilər.
Belkacem, 2014-2017-ci illər arasında Fransa Təhsil naziri vəzifəsini yerinə yetirib. Onun xatirələrinə əsasən, Fransaya köçməzdən əvvəl babası ilə birlikdə keçi otaran, elektrik və su olmadan yaşayan, çətin şəraitdə böyüyən bir uşaq olub.