Sosial şəbəkədə paylaşılan bir iddiada Fransa Prezidenti Makronun Polineziyaya səfəri zamanı gül çələngləri ilə əhatələndiyini göstərdiyi iddia olunub.
Əlsində foto montaj edilib
24 iyul 2021-ci il tarixində Fransa prezidenti Emmanuel Makron Fransa Polineziyasına səfər təşkil edib. Makron Fransa Polineziyasındakı Taiti adasına girdiyi andan etibarən güllərlə qarşılanıb və boynuna gül çələngləri asılıb.
Videonun əvvəlində Makrona verilən gül çələngləri həqiqəti əks etdirsə də iddia fotosundakı kimi mənzərə yaranmayıb. Kadrlar güllərin çoxluğuna görə yumoristik məqsəd ilə montaj edilmiş ola bilər.
25 iyul 2021-ci il tarixində Euronews tərəfindən YouTube-a əlavə edilən orijinal videoları tapmaq mümkündür. Videoya baxdıqda sondakı kadrdan əslində iddia fotosunun montaj olduğu anlaşılır.
Makrona verilən güllər Fransa Polineziyasında orero olaraq adlandırılan və şifahi mədəniyyətin keşiyində olanlar tərəfindən istifadə olunur.
Solda iddia fotosu sağda orijinal
Makronun səfəri ilə bağlı kadrlara BFM TV adlı hesabda da görmək mümkündür. Kadrlarda Makrona bir çox balıq qulağı və güllərdən çələng asıldığı görünür. Getty Images-dəki fotolarda da güllərin çoxluğu nəzərə çarpır.
Huffington Post-un xəbərinə əsasən montaj olan kadrlar bir çox jurnalist tərəfindən real olduğu düşünülərək paylaşılıb.
Fransa Polineziyası 100-dən çox adadan ibarətdir. Bu adalar arasında ən böyük ada isə Makronun səfər etdiyi Taiti adasıdır. Ölkənin əhaləsi 282.664 nəfərdir. Fransa 1990-cu illərdə ərazidə bir çox nüvə sınağı həyata keçirmişdi.