Facebook-da paylaşılan bir fotonun ermənilər tərəfindən qazılan tunelləri göstərdiyi iddia olundu.
Foto Drakelow tunellərindəndir
İddi fotosunu RevEye ilə əks axtarış üsulu ilə araşdırdıqda həmin fotonun istifadə edildiyi köhnə tarixli xəbərləri görmək mümkündür. Bunlardan biri də BBC-də yayınlanan “The secret nuclear bunker built as the UK’s last hope” başlıqlı yazıdır. 2017-ci ildə yayınlanan məqalədə William Park adlı redaktor tərəfindən çəkilmiş eyni fotonu tapmaq mümkündür.
Bundan əlavə Drakelow tunellərindən çəkilən digər fotolar da məqalədə istifadə edilib. Eyni zamanda BBC Facebook səhifəsində tunelə 360 dərəcəlik tur videosu da yerləşdirilib.
Drakelow tunelləri II Dünya Müharibəsi zamanı “kölgə fabrikaları” olarak adlandırılan keçmiş gizli yeraltı hərbi bazadır. Tunellər 1941-1942-ci illəri arasında Rover maşın şirkəti üçün Kölgə Fabriki olaraq tikilib. Tunel Birləşmiş Krallığın Kidderminster şəhərində yerləşir.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında açar sözlərlə axtarış etdikdə də ermənilər tərəfindən qazılmış tunel aşkarlandığına dair bir xəbərə rastlanmır.