Fotonun əfqan rəssam Şəmsiyə Həsəninin əsərini göstərdiyi iddiası

Fotonun əfqan rəssam Şəmsiyə Həsəninin əsərini göstərdiyi iddiası

Faktlar

Foto çex jurnalı Reporter üçün Young and Rubicum adlı reklam agentliyi tərəfindən hazırlanıb.

Radikallığı Sorğulamaq adlı layihə birbaşa Əfqanıstana ithaf edilməyib.

Şəmsiyə Həsəni fotonun ona aid olmadığını açıqlayıb.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

ABŞ, 31 avqust 2021 tarixi etibarilə, Əfqanıstandan tamamilə çıxdı. Bu tarixdən etibarən ölkədə Taliban idarəetməni ələ keçirdi. Taliban qadınlara qarşı sərt tədbirləri və qadağaları ilə tanınır. Sosial mediada paylaşılan bir şəkildə də çarşab geyinmiş bir çox qadının arasında əlində kitab olan bir qadının çarşabdan uzaqlaşmağa başladığı və iləri doğru yeridiyi görünür. Bu şəklin Şəmsiyə Həsəni adlı əfqan rəssamın əsəri olduğu iddia edilib. İddia həmçinin başqa dillərdə də yayılıb.

teyitaz shamsia hassani afganistan iddia ekrani

Şəkil çex jurnalı Reporter üçün hazırlanıb

Şəkli əks axtarış üsulu ilə araşdırdıqda nəticələrdə, qırmızı kitabın fərqli bir versiyasına rast gəlmək mümkündür. Bu şəkildə kitabın üstündə “reporter” yazısı yer alıb. Şəkli bu halı ilə axtardıqda isə jurnal və reklam arşivlərinin olduğu “Luerzer’s Archive” saytda orijinal halını tapırıq. Saytdakı məlumatlara əsasən şəkil, araşdırmaçı jurnalistikaya və mübahisəli mövzulara fokuslanmış aylıq çex jurnalı “Reporter”-a aid bir reklam fotosudur. 2018-ci ildə fotonu, “Young and Rubicam (Y&R)” adlı reklam agentliyi “Reporter” adlı jurnal üçün hazırlayıb

teyitaz orijinal foto reporter

Y&R tərəfindən Reporter üçün hazırlanmış fotonun orijinalı

Reklam mükafatları paylayan “Clio Awards” bürünc medal alan reklamın adı isə “Questioning Radicalism”, yəni Radikallığı Sorğulamaq. “Change Your Perspective” başlıqlı reklam kampanyası üç hissədən ibarətdir. Digər iki reklamın adı isə Questioning Neo-Nazism (Neo-Nasizmi Sorğulamaq) və Questioning War-dur (Müharibəni Sorğulamaq).

teyitaz reporter diger iki calisma

Digər iki reklam çəkilişi

Geniş yayılan şəkil haqqında iddialarda adı keçən Şəmsiyə Həsəni sosial media hsablarından şəklin onun əsəri olmadığını bildirib.

Yəni şəkildəki Reporter yazısı montaj üsulu ilə qırmız bir kitab ilə dəyişdirilib və Şəmsiyə Həsəninin əsəri deyil. Kampanyanın Əfqanıstan ilə birbaşa əlaqəsi olduğunu göstərən məlumat da yoxdur.

Talibanın qadınlara basqıları davam edir

Taliban Əfqanıstanda iqtidarı ilk dəfə ələ keçirdiyi zaman qadınlara bir çox qadağa qoyulmuşdu. Qız uşaqlarının məktəbə getməsi, qadınların yanında qohum bir kişi olmadan çölə çıxması qadağan idi. Talibanın qoyduğu qaydalara əməl etməyənlər isə qamçı və ya şillə ilə cəzalandırılırdı. 20 il sonra Əfqanıstan yenidən Taliban hakimiyyətindədir və bir çox qadın paytaxt Kabildə etiraz aksiyalarına davam etməkdədir