Fotonun Duqinanın qətlində ittiham olunan Natalya Vovkun öldürüldüyünü göstərdiyi iddiası

Fotonun Duqinanın qətlində ittiham olunan Natalya Vovkun öldürüldüyünü göstərdiyi iddiası

Bu məqalə 1 il əvvəl yazılmışdır.
Ezgi Toprak

Rusiya və Ukrayna arasındakı müharibə davam etdiyi dövrdə, 20 avqust 2022-ci ildə Rus televiziya şərhçisi Darya Duqinanın avtomobilinin partladılması nəticəsində qətlə yetirildiyini açıqladı. Duqina, rus siyasi analitik Aleksandr Duqinin qızı idi. Aleksandr Duqin, Rusiya prezidenti Putinin yaxın çevrəsindəndir

Rusiya hadisənin ardından Ukraynanı ittiham etsə də Ukrayna bu iddiaları rədd etdi.

Sosial mediada isə Darya Duqinanın qətlində ittiham edilən Natalya Vovka aid olduğu iddia edilən bir foto paylaşılıb. İddialar xarici mənbələrdə də sürətlə yayılıb.

iddia ekrani natalya vovk

Sağdakı Natalya Vovk deyil

İddiada iki fotodan istifadə edilib. Sağdakı fotonu əks axtarış üsulu ilə araşdırdıqa mənzildə ölü tapılan qadın fotosunun 2020-ci ildən olduğunu görürük. Rusca xəbər saytlarındakı məlumata əsasən Marina adlı qadın nişanlısı olduğu deyilən Aleksandr tərəfindən döyülərək öldürülüb. Foto isə qadının cansız bədəni mənzildə tapıldığı zaman çəkilib.

Soldakı iddia fotosu isə Rusiya kəşfiyyatının Darya Duqinanın qətlində ittiham etdiyi Natalya Vovku göstərir. Vovkun öldürüldüyü haqda etibarlı mənbələrdə hər hansı bir xəbər yoxdur. Avstriyanın "Express" nəşri Vovkun öldürüldüyünə dair xəbərlər yayımladıqdan sonra Avstriya Daxili İşlər Nazirliyi açıqlama verərək Vovkun öldürüldüyü iddiası ilə bağlı xəbərləri təsdiqləmədiyini bildirdi.

Faktlar

  • Foto 2020-ci ildə qətlə yetirilən Marina adında qadını göstərir.
  • Rusiyanın Darya Duqinanın qətlində ittiham etdiyi Natalya Vovkun öldüyünə dair etibarlı mənbələrdə xəbər yoxdur.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller