Sosial mediada paylaşılan bir fotonun 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında spirtli içki qadağasının azarkeşlər tərəfindən necə pozulduğunu göstərdiyi iddia edilib.
Fotodakı spirtli içki Coca-Cola örtüyünün altında gizlədilib.
Foto 2022-ci il dünya çempionatında aid deyil
Biz iddianın araşdırılmasına əks foto axtarış metodundan istifadə edərək başlayırıq. Araşdırma nəticəsində eyni fotonun NoContextBrits adlı Twitter hesabında paylaşıldığı məlumatını əldə edirik.
Şəkil bu hesab tərəfindən 7 iyun 2022-ci ildə paylaşılıb.
Şəkildə istifadə edilən məhsul silikon qutu qapağıdır, məhsul bir çox onlayn alış-veriş saytlarında pivə gizlətmə örtüyü kimi satılır.
Spirtli içkilərə qadağa Qətər kralı ailəsinin tələbi ilə qoyulub
Dünya Çempionatıın başlamasına iki gün qalmış, noyabrın 18-də, Beynəlxalq Futbol Federasiyası (FİFA) stadionlarda və onun ətrafında spirtli içkilərin satışının qadağan edildiyini açıqlayıb. Məlumata görə, qadağa Qətər kralı ailəsinin tələbi ilə tətbiq olunub.
Azarkeşlərin reaksiyasından sonra FİFA-nın prezidenti Cianni İnfantino belə açıqlama verib:
“Düşünürəm ki, azarkeşlər üç saat pivə içməsələr də sağ qalacaqlar. Fransada da stadionlarda spirtli içki satışı qadağandır, buna heç kim heç nə demir, amma müsəlman ölkəsində qadağan olunanda ikiüzlü reaksiyalara səbəb olur. Bu gün özümü qətərli hiss edirəm, bu gün özümü ərəb hiss edirəm, bu gün özümü afrikalı hiss edirəm. Bu gün özümü fiziki məhdudiyyətli hiss edirəm. Bu gün özümü miqrant işçi kimi hiss edirəm. Mən, ayrı-seçkiliyə qarşı həmrəylik nümayiş etdirirrəm”.