Fotonun dörd yaşlı qızını satan bir atanı göstərdiyi iddiası

Fotonun dörd yaşlı qızını satan bir atanı göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Xətalı əlaqələndirilən fotoda danışılan hekayənin mənbəyi The Times jurnalisti Anthony Loydun əfqan bir ailə ilə reportajına da yer verdiyi 9 sentyabr 2021 tarixli xəbərdir.

Xəbərdə adı keçın “Mir Nazir” və qızının iddia fotosu ilə əlaqəsi yoxdur, iddia fotosu 2012-ci ildə Talibanın Əfqanıstanda idarəetməni ələ keçirməsindən illər əvvəl çəkilib.

The Times xəbərində, müharibənin bitməsinin ardından yoxsulluq ilə üzləşən Əfqanıstanın və keçmiş polis məmurunun yeddi nəfərlik ailəsinin vəziyyətindən bəhs edilir.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada paylaşılan və kişi ilə balaca qızın göründüyü fotonun, Əfqanıstanda ailəsi ac qalmasın deyə dörd yaşlı qızını 590 dollar qarşılığında satan əfqan bir atanı göstərdiyi iddia olunub.

teyitaz iddia ekrani fotografin kizini satan afgani gosterdigi iddiasi

Foto 2012-ci ildəndir

İddia fotosundan aldığımız ekran görüntüsünü TinEye üzərində əks axtarış üsulu ilə araşdırdığımız zaman nəticələr arasındakı ən keçmiş paylaşımın 2014-cü ilə aid olduğun görürük. 

pixabay efqanistan ata qiz

Fotonun çəkildiyi tarix isə 2012-ci ilə aid olduğunu göstərir.

pixabay efqanistan date

Fotonun çəkilməsinin üzərindən 9 il keçib. 2012-ci ildə isə Əfqanıstanda idarəetmə Talibanda deyildi

İddia paylaşımında foto ilə əlaqələndirilən hekayəyə isə The Times (The Sunday Times) və The Sun qəzetində rast gəlmək mümkündür. The Times qəzetinin jurnalisti Anthony Loyd tərəfindən paylaşılan xəbərdə, Əfqanıstandakı bir ailənin hekayəsindən bəhs edilir. Jurnalistin 9 sentyabr 2021 tarixli xəbərində, Qəzni şəhərində keçmiş polis məmuru olan və Taliban idarəetməni ələ keçirdikdən sonra yoxsulluq ilə üzləşən yeddi nəfərlik ailənin üzvü Mir Nazirdən bəhs olunur. Mir Nazir adlı şəxs, jurnalistə verdiyi reportajda, bir mağaza sahibinin , Mir Nazirin dörd yaşlı qızını mağazaya rehin olaraq verməsi və atasının həmin pulu əldə edib qızını geri alana qədər, qızının mağazada işləməsi üçün bir məbləğ təklif etdiyindən bəhs olunur. Mir Nazir, ailəsindəki yoxsulluqdan bəhs edərkən, jurnalistə bu təklifi mağaza sahibi ilə hələ də müzakirə etdiyini deyir.  

Taliban, 15 avqust 2021-ci ildə Əfqanıstanın paytaxtı Kabildə idarəetməni ələ keçirdi. Taliban idarəetməni ələ keçirdikdən sonra şəriət qaydaları çərçivəsində qadınların iş və təhsil həyatına davam edə biləcəyi yöndə açıqlamalar vermiş olsa da əfqan qadınların açıqlamaları Talibanın dəyişmədiyi yöndədir. DW-in bir xəbərində Kabil ələ keçirilmədən əvvəl Talibanın ələ keçirdiyi digər bölgələrdə qadınlara çoxdan məhdudiyyətlər qoyulduğu bildirilib

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) açıqlamasında əgər Əfqanıstandakı siyasi və iqtisadi vəziyyətlə bağlı təcili bir tədbir görülməzsə, 2022-ci ilin birinci yarısına qədər yoxsulluğun 97 faizə çatması ehtimal olunur.