Fotonun çörək oğurladığı üçün məhkəməyə çıxarılan uşağı göstərdiyi iddiası

Fotonun çörək oğurladığı üçün məhkəməyə çıxarılan uşağı göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Əks axtarış üsulu ilə fotonun real hekayəsini tapmaq mümkündür.

Fotodakı uşaq çörək oğurluğuna görə deyil, 2011-ci ildə ABŞ-da balaca qardaşının ölümündə təqsirli bilinib.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə genişmiqyasda yayılan iddiada, fotodakı uşağın ABŞ-da çörək oğurladığı üçün məhkəməyə çıxarıldığı iddia olunub. Fotolar ilə birlikdə paylaşılan uzun paylaşımda uşaq ilə hakim arasında baş verən bir dialoq iddiası verilib. Paylaşımlarda anası xəstə olan 14 yaşlı uşağın marketdən çörək və pendir oğurlayarkən yaxalandığı, hakimin isə çörək oğurlayan uşaq üçün zaldakı insanlardan ödəniş etməyi tələb etdiyi iddia olunub.

ekmek caldigi icin yargilandigi iddia edilen cocuk iddia

Fotodakı uşaq cinayətdə təqsirləndirilib

İddia fotosunu əks axtarış üsulu ilə araşdırdıqda ABŞ-ın Florida əyalətində baş verən cinayət hadisəsinə dair xəbərləri tapmaq mümkündür. 2011-ci ildə ABŞ-da Cristian Juan Fernandez adlı 12 yaşında uşaq iki yaşlı qardaşını öldürməkdə təqsirli bilinib. 

Florida əyalətinin təqsirləndirən şəxslər haqqında verilənlər bazasında da məlumat əldə etmək mümkündür. Həmin dövrdə yayılan xəbərlərə əsasən iki yaşlı qardaşının ölümündə təqsirli bilinən uşağın həbs edilməsi cəmiyyətdə ciddi reaksiyaya səbəb olub. Məhkəmə prosesi zamanı online imza toplayaraq 12 yaşlı uşağa yetişkin kimi davranılmaması tələb edilib

Uşaqlığında cinsi istismara uğraması, uşağın himayədən məhrum qalması və balaca qardaşının yaralandığı gün anasının həkim və polis çağırmaq üçün çox gec hərəkətə keçdiyi məlumatları da hadisə ilə bağlı həmin dövrdə yayınlanan xəbərlərdə verilib. Hadisədən bir neçə il sonra 2018-ci ildə azadlığa buraxıldığına dair xəbərlər var. 

İddia sosial şəbəkələrdə xarici dillərdə də yayılıb, fakt yoxlama quruluşları tərəfindən yanlış olduğu ortaya qoyulub.