Sosial şəbəkədə yayılan və bir-birini qucaqlamış iki uşağı göstərən bir şəkil 4 avqust 2020-ci ildə Livanın paytaxtı Beyrutda baş verən partlayış ilə əlaqəli olduğu iddia edilərək paylaşıldı.
Lakin iddia doğru deyil. Foto Beyrutda baş verən partlayışın ardından deyil 2016-cı ildə Əfqanistanda çəkilib.
Foto Əfqanıstandandır
Fotonu əks axtarış üsulu ilə axtardıqda 4 avqust 2020-ci il baş verən Beyrut partlayışından çox daha əvvəlki tarixlərdə də internetdə paylaşıldığını görürük. Foto əslində 2006-cı ilin 29 iyul tarixində Əfqanıstanın Kabil şəhərində Reuters müxbiri Ahmad Masood tərəfindən çəkilib.
Reuters-in foto arxivində də Masoodun çəkdiyi fotonu görmək mümkündür. Açıqlamada fotonun tullantılar arasında bir şey axtararkən fasilə verən uşaqların görüldüyü yazılıb. Yəni fotonun orijinalında da bir partlayış sonrasını göstərmir.
Eyni foto daha əvvəl medyada Yəmən ilə əlaqədar xəbərlərdə istifadə edilib. Uşaqların zəif olması səbəbi ilə Yəməndə xüsusilə də azyaşlılara təsir edən qıtlıq məzmunlu yazıların təsviri ifadəsində istifadə edilib.
4 avqust 2020-ci ildə Beyrutda baş verən partlayış nəticəsində 5 avqust 2020 etibariylə 100-dən çox şəxsin həlak olduğu və 4 mindən çox yaralı olduğu açıqlandı.
Nəticə etibarilə şəklin Beyrutdakı partlayış ilə əlaqəsi yoxdur. İddiaya yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqələndirmə deyə bilərik.