9 avqust 2020-ci ildə prezident seçkiləri keçirilən Belarusda nəticələrin açıqlanmasının ardından etiraz aksiyaları başladı. Bu hadisədən sonra sosial şəbəkədə etiraz aksiyalarını göstərdiyi iddia edilən bir foto paylaşıldı.
Lakin foto Belarusdan deyil. 2016-cı ildə Cənubi Koreyanın paytaxtı Seuldakı hökumətə qarşı keçirilən aksiyanı göstərir.
Foto 2016-cı ildə Cənubi Koreyada çəkilib
Belarusda 9 avqust 2020-ci ildə prezident seçkiləri keçirildi. Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 26 ildir ki iqtidardadır. 10 avqust 2020-ci il tarixindən etibarən açıqlanan və rəsmi olmayan seçki nəticələrinə görə səsvermənin yüzdə 80-ini alan Lukaşenko yenə prezidentdir. Lakin ölkədə seçkilərin ədalətli olmadığı və hüquqi pozuntuların olduğunu düşən insanlar küçələrdə aksiyalar keçirilir. Bu etiraz aksiyalarını göstərdiyi iddiası ilə paylaşılan fotonu internetdə əks axtarış üsuli ilə axtardıqda ilk dəfə 19 noyabr 2016-ci ildə paylaşıldığı nəticəsi ortaya çıxır.
Jung Yeon-Je tərəfindən çəkilən foto Cənubi Koreyanın paytaxtı Seuldə adı korrupsiya qalmaqalında çəkilən ölkə başçısı Park Geun-Hye-nin istefasını istəyən etirazçıların hökumətə qarşı aksiyasını göstərir. Fotonun orijinalını və fərqli bucaqlardan çəkilmiş versiyalarını Reuters-da tapmaq mümkündür.
Fotonun çəkildiyi yer xəritələrdən görünür
Fotonun çəkildiyi əraziyə Google Earth ilə baxmaq olur. İddiadakı fotoda aydın görünən bəzi işarələr var. Məsələn, meydanda görünən heykəl, binadan asılan ağ lövhə və medyanda görünən çardaqlar.
Fotonun çəkildiyi Seul Meydanı.
Fotoda görünən bu heykəl Seulun ən məşhur heykəllərindən biri olan Amiral Yi Sun Sin-dir. İddiada çəkilən foto yuxarı bucaqdan olduğu üçün eyni bucaqdan baxa bilməsək də bu heykəl də fotonun yerini təsdiqləyir.
Seçkilərlə bağlı şübhə olduğu daha əvvəl də gündəmə gəlib
Belarus prezidenti Aleksandr Lukaşenko ilk dəfə 1994-cü ildə seçilib. Qalib olduğunu yüksək nəticədə səs faizləri əldə edərək elan etsə də seçki müşahidəçiləri və xalqın bir hissəsi, seçkilərin müstəqil və ədalətli olmadığını düşünür. Keçmişdə keçirilən seçkilərdə də bənzər iddialar gündəmə gəlmişdi. Bu seçkidə isə yerli mənbələrə görə Belarusda etiraz aksiyaları ilə birlikdə internetə olan giriş böyük miqyasda məhdudlaşdırıldı və paytaxt Minskdə isə tamamilə dayandırıldı.
Nəticə etibarilə Belarusda keçirilən etiraz aksiyalarını göstərdiyi iddiası ilə paylaşılan foto əslində 2016-cı ildəndir və Cənubi Koreyadandır. İddianı yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqələndirməyə misal göstərmək olar.