Sosial mediada könhə bir foto geniş formada yayıldı. Fotonun tam da İsrail dövləti ilə Qəzza arasındakı böhranlar zamanı paylaşılması internet istifadəçilərinin Azərbaycanın İsrail dövlətinə rəsmi dəstəyini göstərdiyi kimi anlamasına səbəb oldu.
Foto köhnədir və kontekstdən çıxarılıb
Fotonun paylaşıldığı ekran görüntüsündə “Baku Flame Towers” yazdığını görürük. Google-da bu açar sözlərin yanına “İsrael flag” yazaraq cəld bir axtarışla fotonun yer aldığı 2015-ci ilə aid sosial media postunu tapmaq mümkündür.
Paylaşımdakı “Baku Games 2015” açar sözləri ilə axtarış etdikdə isə fotonun 2015-ci il Bakıda keçirilən Avropa Oyunları zamanı Alov Qüllələrinə (Flame Towers) əks olunduğunu görürük. YouTube-da 28 iyun 2015-ci ildə paylaşılan bir videoda Alov Qüllələrinə əvvəlcə “Baku Games 2015” və oyunun tarixlərinin yazıldığını görürük. Ardından Avropa Oyunlarında iştirakçı ölkələrin bayraqlarının sırayla qüllələrə əks olunduğunu görürük. Bunlardan biri də İsraildir.
Həmin gün əks olunan Türkiyə bayrağı
Həmin gün əks olunan Birləşmiş Krallıq bayrağı