Fotonun Azərbaycan və Ermənistan müharibəsində itkin düşmüş ermənilərin yaxınlarının etirazını göstərdiyi iddiası

Fotonun Azərbaycan və Ermənistan müharibəsində itkin düşmüş ermənilərin yaxınlarının etirazını göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Fotonun Azərbaycan və Ermənistan müharibəsi ilə əlaqəsi yoxdur

2016-cı ilin iyul ayında İran ilə sərhəd yaxınlığındakı İrəvan - Meğri yolundakı etirazla bağlı xəbərlərdə paylaşılıb.

Ermənistan mətbuatında 2016-cı ildə “Sedrak Nazaryan” adlı bir şəxsin kəndlilərinin yolu bağladığına dair xəbərlərdə yer alan fotonun fərqli bucaqlardan çəkilmiş versiyaları və videosu mövcuddur.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Xəbər saytlarında bir fotonun müharibədə yaxınları itkin düşmüş ermənilərin İran - Ermənistan sərhədini bağladığı və etiraz aksiyası keçirdiyini göstərdiyi iddia olundu.

ermeniler iddia ekran goruntusu

Video 2016-cı ildəndir

Fotonu RevEye adlı Chrome əlavəsi istifadə edərək əks axtarış üsulu ilə araşdırdıqda internetdə daha köhnə tarixli paylaşımlara rast gəlirik

2016-cı il yayınlanan xəbərlərdə İran və Ermənistan sərhədinə yaxın olan Yerəvan - Meğri yolunu bağlayan ermənilərin etirazını göstərdiyi ifadə edilib. Mövzu ilə bağlı xəbərlərə baxdıqda həmin ərazidən çəkilmiş digər fotolara və videoya rast gəlmək mümkündür.

2016 sinirdan goruntu

ermenistan sinirdan goruntu

Erməni dilində yayın edən bir saytdakı məlumata əsasən paylaşılan foto Yerəvan - Meğri yolunu bağlayan “Sedrak Nazaryan” adlı bir şəxsin kəndlilərinini göstərir. Mövzu ilə bağlı detallı axtarış etdikdə mətbuatda həmin dövr yayınlanan, “Sedrak Nazaryan” adlı şəxsin “Müəssislər məclisi” hərəkatı silahlı dəstəsinin üzvü olduğu və yaralandığı xəbərləri mövcuddur. Ümulikdə isə 2016-cı ilin həmin ayındakı xəbərlərə baxdıqda Ermənistanda polis ilə yaşanan qarşı durmalar və etiraz aksiyaları haqqında xəbərlər olduğunu görürük.

İddia fotosundakı ərazi yəni yolu bağlanan Yerəvan - Meğri yolu Ermənistanın İran sərhədinə doğru olan yoldur. 

ermenistan sinir harita goruntusu

Lakin etiraz fotosunun 2020-ci ilin 27 sentyabr tarixində başlayan Azərbaycan Ermənistan müharibəsi ilə əlaqəsi yoxdur.