Fotonun azərbaycanlı qazini göstərdiyi iddiası

Fotonun azərbaycanlı qazini göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Foto 2013-cü ildən bəri paylaşılır.

Nəticələrdən fotodakı şəxsin Andy Reid olduğunu öyrənmək mümkündür.

Bu ad ilə axtarışa davam etdikdə fotodakı şəxsin 2009-cu ildə Əfqanıstanda yaralanan Britaniya əsgəri olduğunu görürük.

Sosial şəbəkədə azərbaycanlı qazinin hekayəsindən bəhs edən bir foto yayılıb. Paylaşımlarda qazinin yenicə doğulmuş oğlu haqqında dediyi iddia olunan sözlərə də yer verilib.

iddia ekrani qazipng

Fotodakı əsgər Əfqanıstanda xidmət edib

İddia fotosunu əks axtarış üsulu ilə axtarış motorlarında araşdırdıqda 2013-cü ildən bəri paylaşıldığını görürük. Nəticələrdə fotodakı şəxsin adı Andy Reid kimi qeyd olunub. Bu ad ilə axtarışa davam etdikdə, fotonun Əfqanıstanda yaralanmış ingilis əsgəri göstərdiyini öyrənirik.


Andy Reid, 2009-cu ilin oktyabr ayında Əfqanıstanda Böyük Britaniya ordusunun 3-cü batalyon Yorkshire Alayında xidmət
edərkən əldəqayırma partlayıcı qurğuya görə baş vermiş partlayış nəticəsində yaralanaraq ayaqlarını və bir qolunu itirib.

2010-cu ildə The Sun adlı qəzetin hərbi mükafatına layiq görülən Andy, 2011-ci ildə evlənib və 2012-ci ildə oğlu, 2018-ci ildə isə qızı dünyaya gəlib.

İddia daha əvvəl Fakt Yoxla tərəfindən də araşdırılıb.