⚠️ Həssas Məzmunlar

Oxumaq üzrə olduğunuz məzmunda həssas materiallar mövcuddur. Bu məzmunları görüntüləmək istəyirsinizsə təsdiq düyməsinə klikləməyiniz tələb olunur. Təsdiq düyməsinə kliklədiyiniz halda görüntüləri bulanıq görəcəksiniz.

Fotonun aktual Ukrayna Rusiya müharibəsində dağıntılardan xilas olmuş uşağı göstərdiyi iddiası

Fotonun aktual Ukrayna Rusiya müharibəsində dağıntılardan xilas olmuş uşağı göstərdiyi iddiası

Bu məqalə 1 il əvvəl yazılmışdır.
Sayyara Mammadova

Sosial mediada paylaşılan bir fotonun 2022-ci il fevral ayında başlayan Ukrayna Rusiya müharibəsindən olduğu iddia olunub. Paylaşımdakı fotonun dağıntılardan xilas olan bir uşağı göstərdiyi qeyd olunub.

fotonun rusiya ukrayna muharibesinde dagintilardan xilas olan usagi gosterdiyi iddiasipng

Foto 2015-ci ildəndir

Fotonu əks axtarış ilə araşdırdıqda 2014-cü ildən bəri internetdə olduğunu görürük. Axtarış nəticələri bizi bir YouTube videosuna yönləndirir. 11 Avqust 2015-ci ildə yüklənən klipdə fotodakı uşağı dağıntıların arasında gəzərkən görmək mümkündür.

Videonun başlığında “Mələk Donbassın uşaqları haqqında musiqi” və “Donbass müharibəsi 2015” yazılıb. Eyni foto daha əvvəl Stop FakeIndia Today tərəfindən də araşdırılıb. Stop Fake komandasının araşdırmasına əsasən klipin rejisoru paylaşdığı məlumatda videodakı uşaqların anası ilə birlikdə sığınacaqda yaşadığını, klipin isə Donetskdə Nikishino kəndində çəkildiyini bildirilib. Daha sonra yayınlanan bir videoda da sığınacaqda ana və uşaqlarını görmək mümkündür. 2015-ci ildə Donbass müharibəsində Nikishino adlı kənddə yaşayış yerlərinin bir çoxu dağıdılıb.

Paylaşımdakı dağıntı fotosunu araşdırdıqda isə 2 Mart 2022-ci il tarixində Rusiya tərəfindən bombalanan Borodyanka şəhərindən olduğunu görürük. Hücum nəticəsində şəhərdəki yüksəkmərtəbəli 29 binanın 8-inin tamamilə dağıldığı, 21-inin isə zərər gördüyü qeyd olunub. Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti yaydığı məlumatda dağıntılarda 41 nəfərin cansız bədəninin tapıldığını bildirib. Lakin iddiadakı uşaq fotosu Borodyankadakı dağıntılardan xilas olmuş uşağı göstərmir.

Faktlar

  • Foto 2015-ci ildən bəri internetdədir.
  • Dağıntılar arasındakı uşaq fotosu 2015-ci ildə Youtube-da yayınlanmış “Mələk, Donbassın uşaqları haqqında musiqi” və “Donbass müharibəsi 2015” başlıqlı klipdəndir.
  • Klip 2015-ci ildə Donbass müharibəsində dağıdılmış Nikishino kəndində çəkilib.
  • İddia paylaşımındakı dağıntı fotosu isə 2022-ci ilin mart ayında Rusiya tərəfindən bombalanan Borodyanka şəhərindəndir.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller