Sosial mediada üzərində Ağdam yazılan və şəhərin gələcək halını göstərdiyi iddia edilən bir foto paylaşılıb.
Foto Buxarestəndir
İddia fotosunu əks axtarış üsulu ilə araşdırdıqda Rumıniyanın paytaxtı Buxarestdən olduğunu görürük. Foto, Buxarestdəki "Unirii" meydanını göstərir.
Shutterstock - Unirii Square, Bucharest
Ağdam şəhərinin yenidən qurulması üçün hazırlanmış Ağdam Baş Planı 28 may 2021-ci il tarixində təqdim olunub. Şəhərin yenidən qurma planı və gələcəkdə necə olacağına dair fotoları internetdə açar sözlər ilə tapmaq mümkündür. Bu fotolar arasında şəhərinin gələcəkdə planlanan bina tipologiyaları, şəhərətrafı obyektlər, yol-nəqliyyat infrastrukturuna dair nümunələr mövcuddur.
Mənbə: AzLogos
Ağdam Baş Planı haqqında xəbərlərə nəzər yetirdikdə, plana görə şəhərin 100 min nəfər sakin üçün planlaşdırıldığını, 1750 fərdi ev və 23 min mənzilin inşa olunacağını öyrənirik. Nəqliyyat infrastrukturunda əsas üstünlüyün piyadalara verəcəyi qeyd edilib. Baş Planın təqdimatından götürülən məlumatda isə Ağdam şəhərinin nəqliyyat planının, Portuqaliyanın Lissabon şəhərindən ilham alınaraq planlaşdırıldığı bildirilir. Plan ilə bağlı fotolarda da bunu görmək mümkündür. Ağdam şəhərinin yol-nəqliyyat infrastrukturuna dair nümunələr nəzər yetirdikdə, Portuqaliyanın Lissabon şəhərinə aid nümunə də görmək mümkündür. Burada göstərilən nümunə fotosu, Lissabondakı “Marquess Pombal” meydanındandır. Bu görüntünün, iddia fotosundakı Unirlii meydanı ilə bənzər olduğunu görürük.
Mənbə: AzLogos
Nəticə etibarilə iddia fotosunun Ağdam şəhərinin Baş Planında əks etdirilməyib. Eləcə də şəhərin nəqliyyat planı, Buxarestrdən deyil, Portuqaliyanın Lissabon şəhərindən ilham alınaraq hazırlanıb.