Fotonun ABŞ-da maliyyə qurumundan 50 milyon oğurlayıb yoxsullara verən şəxsi göstərdiyi iddiası

Fotonun ABŞ-da maliyyə qurumundan 50 milyon oğurlayıb yoxsullara verən şəxsi göstərdiyi iddiası

Bu məqalə 2 il əvvəl yazılmışdır.
Sayyara Mammadova

Sosial mediada paylaşılan bir fotodakı şəxsin ABŞ-da yaşayan bir şəxsin maliyyə qurumundan 50 milyon dollar oğurlayaraq kasıb insanlara verdiyi üçün həbs olunduğu iddia edildi.

teyitaz abd siber suclu analizi

Fotodakı şəxs 50 mindən çox kompüterə hücum edib

İddia fotosunun real hekayəsini tapmaq üçün axtarış motorlarında şəkli əks axtarış üsulu ilə araşdırdıqda qarşımıza rus və ingilis dillərində xəbərlər çıxır. Buradan həmin şəxsin adının Peter Levashov olduğu məlumatını da əldə edirik. Fərqli xəbər saytlarında verilən məlumata əsasən Levashov, ABŞ-dakı bank hesablarına və kompüterlərə zərərli proqramlar ilə məqsədli hücumlar təşkil edib

Rəsmi qurumların açıqlamalarını tapmaq üçün axtarış motorunda açar sözlərlə araşdırdıqda ABŞ Ədalət Departamentinin rəsmi saytındakı açıqlamaları tapırıq. Buradakı məlumata əsasən 2017-ci ildə İspanyada həbs olunan və ABŞ-a təhvil verilən Levashov, 2018-ci ildə öz cinayət əməllərini etiraf edib. 2019-cu ildə isə 4 il həbs cəzasına məhkum edilən şəxs 2020-ci ilin yanvar ayında elektron təqib ilə şərti azadlığa buraxılıb. Sonuncu məhkəməsi 20 iyul 2021-ci ildə olan Levashov, həbsxanada olmasa da 3 il müddətində nəzarət altında olacaq. Məhkəmənin qərar əmrindəki məlumata əsasən Levashov, əsaslı kimlik oğurluğu, qorunan kompüterlərə qəsdən zərər vermə, elektron saxtakarlıq və konspirasiya cinayətlərindən məhkum edilib.

teyitaz abd siber suclu karar metni

ABŞ Ədalət Departamantinin paylaşdığı məhkəmə qərarı

İddianın əksinə fotodakı şəxs kompüterlərə virus yoluxduran, insanların kimlik məlumatları, hesab bilgiləri, bank hesabları kimi məlumatları oğurlamaq, maliyyə bazarında saxtakarlıq əməlləri (pump and dump) etmək üçün zərərli proqramlar işlədib. AP-nin xəbərinə görə prokuror bu zərərli proqramlardan birinin təkcə bir gündə 57 milyon spam e-poçt mesajı, başqa bir proqramın 1.5 milyard spam mesajlar, digərinin isə gündə 4 milyon spam mesaj yollamaq gücünə malik olduğunu bildirib.

Faktlar

  • 2017-ci ildə İspaniyada həbs edilərək ABŞ-a göndərilən Rusiya vətəndaşı Peter Levashov, elektron saxtakarlıq, əsaslı kimlik oğurluğu, qorunan kompüterlərə qəsdən zərər vermək və konspirasiya cinayətlərindən mühakimə edilib.
  • Haker 2017-ci ildə həbs edilərkən istifadə etdiyi zərərli proqramı ən az 50 min kompüterə yoluxdurub.
  • 1990-cı ilin sonlarından həbs olunduğu 2017-ci ilədək virus yoluxan kompüterlərdən şəxsi məlumatlar və kimlik tanıma məlumatlarını birdən çox botnet istifadə edərək oğurlayıb.
  • 20 iyul 2021-ci ildə Levashov haqqında verilən qərarda 33 ay həbs müddətinin qaldığı, 3 il isə nəzarət altında sərbəst olacağı bildirilib.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
Qeribe_melumatlar, 257 etkileşim aldı. 13/07/2021
Google, Əks axtarış nəticələri, 27/08/2021
Yandex, Əks axtarış nəticələri, 27/08/2021
United States Department of Justice, Multi Victim Case Notification United States v. Peter Levashov, 05/08/2021
United States Department of Justice, Judgment Order, 29/07/2021
hamısını göstər