Fevralın 6-da Kahramanmaraş zəlzələsindən sonra sosial mediada çoxlu video və fotolar paylaşılıb. Paylaşılan bir fotoda əlləri ilə üzünü tutan uşaq görüntüsü sosial mediada viral olub.
Əks şəkil axtarışı üsulundan istifadə edərək fotonu araşdırırıq. Axtarış nəticəsində foto arxiv saytı olan “Adobe.com” saytına rast gəlirik. Məlum olur ki, foto 2021-ci ildən etibarən internetdə “xəbərlər zamanı ağlayan uşaq” başlığı ilə internetdə paylaşılır.
Digər fotolarda uşaq ailəsini qucaqlayır
Uşağa aid olan digər fotolarda isə onun ailəsi tərəfindən qucaqlandığı əks olulur.
6 fevral 2023-cü ildə baş verən zəlzələ ilə bağlı
Türkiyədə 2023-cü il fevralın 6-da güclü zəlzələ baş verib. Episentri Kahramanmaraş olan zəlzələ Adıyaman, Osmaniyə, Hatay, Mersin, Malatya, Adana kimi 10 şəhərdə hiss edilib. Son məlumatlara görə zəlzələ nəticəsində 5894 nəfər ölüb, 31,777 nəfər yaralanıb.