Fotonun 19 sm ilə dünyanın ən uzun burunlu insanını göstərməsi iddiası

Fotonun 19 sm ilə dünyanın ən uzun burunlu insanını göstərməsi iddiası

Doğru Doğru

Faktlar

Fotoda dünyanın ən uzun burnuna sahib olan Tomas Veddersin mum heykəli əks olunub.

Heykəl Sankt-Peterburqdakı Titikaka muzeyində sərgilənir.

İsl adı Tomas Vedders olan ingilis sirk ifaçısı, Tomas Vedhaus olaraq tanınıb.

Vedhaus həm də “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən uzun burunlu insanı kimi düşüb.

Oxşar heykəl "Ripley’s Believe It or Not"un London filialında da nümayiş etdirilir.

Sosial mediada paylaşılan fotoda dünyanın ən uzun burnuna sahib insan olan Tomas Vedhausu göstərdiyi iddia edilib.

İddia xarici mənbələrdə də yer alıb.

uzun burun az iddia

 Mum heykəl Rusiyadakı Titikaka muzeyindəndir

Fotonu tərsinə axtarış üsulundan istifadə edərək axtardığımız zaman heykəlin fərqli fotoları ilə rastlaşırıq. Müxtəlif rakurslardan çəkilmiş fotolarda heykəlin qarşısındakı rus dilində yazılar, heykəlin Rusiyadakı bir muzeyə aid ola biləcəyini göstərir.

Fotolarının yer aldığı internet saytlarında heykəlin Rusiyanın Peterburq şəhərindəki Titikaka muzeyində sərgiləndiyi bildirilir.

az wadhouse2

“Google Maps” proqramı vasitəsi ilə Titikaka muzeyindən paylaşılan fotolara baxdıqda heykəlin bu muzeyə aid olduğuna dair işarələrə rast gəlirik.

Heykəlin fərqli rakuslardan çəkilmiş fotolarının yanında görünən əsərlər vasitəsilə heykəlin Titikaka Muzeyində sərgiləndiyini müəyyən edə bilərik. Müxtəlif fotolarda heykəlin arxasında görünən başqa bir heykəl də bu muzeydə sərgilənir.

az titikakamuze

“Youtube”də rus dilində paylaşım edən istifadəçilərin Titikaka muzeyi ilə bağlı videolarında da heykələ rast gəlirik.

Titikaka muzeyinin rəsmi saytındakı fotolarda heykəlin burda sərgiləndiyini dəqiqləşdirik.

az titikaka muzesi internet sitesi uzun burun heykel

Vedders uzun burnu ilə rekordlar kitabına düşüb

Mum heykəl Tomas Veddersə məxsusdur. Vedders həm də Tomas Vedhause kimi tanınır.

Vedders 19 sm burun uzunluğu ilə “Ginnesin Rekordlar Kitabı”nda yer alıb. Kitabda bu qeydlər var: "1770-ci illərdə İngiltərədə yaşayan və səyahət edən qəribə sirkin üzvü olan Tomas Veddersin 19 sm (7,5 düym) uzunluğunda burnu var idi".

az mehmetozyurek1

1896-cı ildə “The Strand Magazine”də  Stackpool E.Odell tərəfindən yazılan “Burundakı Xarakter” (Character in Noses) adlı yazı Tomas Veddersdən bəhs edirmiş. 

az magazzine1

Oxşar heykəl “Ripley’s Believe It or Not!” auditoriyasında da nümayiş etdirilir.

Vedhausa bənzəyən mum heykəli 10 ölkədə mövcud olan "Ripley's Believe It or Not!”un London filialında nümayiş etdirilir.

Londonda nümayiş olunan heykəl, Titikaka muzeyində nümayiş etdirilən heykəllər tam olaraq eyni deyil. 

“Ripley’s Believe It or Not!” “İnstagram” hesabında heykəlin fotosu da var.

az instagram rike alternatif

Hazırda dünyada yaşayan ən uzun burunlu insan 8 sm burun uzunluğuna sahip olan Mehmet Özyürekdir. Onun haqqında rəsmi olaraq “Ginnessin Rekordlar Kitabı”nda  məlumat var.

az worldrecords1