DİQQƏT: Həssas görüntü ehtiva edir.
Azərbaycan və Ermənistan arasında döyüşlər davam etməkdə ikən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki mülki evlərə və Mingəçevir şəhərinə hücumlar edildi. 16 oktyabrdan 17 oktyabra keçən gecə həyata keçirilən hücumdan sonra baş verən hadisəylə əlaqələndirilən bir fotonun da bəzi paylaşımlarda Gəncədən bəzilərində isə Mingəçevirdən olduğu iddia edilərək yayılmağa başladı.
Foto Hələb şəhərindəndir
Gəncə hücumu ilə əlaqələndirilən fotonu əks axtarış üsulu ilə axtardığımız zaman fotonun 2016-cı ildən olduğunu görürük. 24 sentyabr 2016-cı il tarixli xəbərlərdə Suriyanın bombalanan Hələb şəhərində dağıntılar altında qalan bir uşaq və uşağın xilas edilmə anına aid görüntülər qarşımıza çıxır.
2016-cı ilin sentyabr ayında Hələb şəhərinə bir neçə dəfə hücum edildi. 19 sentyabrda atəşkəsin bitməsindən 27 sentyabr 2016-cı il tarixinə qədər Hələb şəhərinə qarşı həyata keçirilən bombardmanlarda aralarında qadınların və uşaqların da olduğu 444 mülki şəxs həyatını itirdi və 585 nəfər yaralandı. Dağıntıların altından xilas edilən uşaq ilə bağlı video CNN Türk xəbərində də yayımlandı.
27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında başlayan döyüşlər 10 oktyabrda imzalanan atəşkəs barədə razılığa baxmayaraq davam edir. 16 oktyabr gecəsi Gəncəyə qarşı həyata keçirilən hücum nəticəsində 20 ev zərər gördü, 52 mülki şəxs yaralandı və ikisi uşaq olmaqla 13 mülki şəxsin həyatını itirdiyi açıqlandı.