Fotonun 11 sentyabrda təyyarənin çırpılmasından əvvəl çəkildiyi iddiası

Fotonun 11 sentyabrda təyyarənin çırpılmasından əvvəl çəkildiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Fotodakı şəxs qalın geyinsə də 11 sentyabr 2001 tarixində New York-da hava isti idi.

Təyyarənin şimal qulləsinə çırpıldığı saat 8:46, cənub qülləsinə çırpıldığı saat isə 9:03-dür, yəni müşahidə göyərtəsinin turistlər üçün açılış saatı olan səhər 9:30-dan əvvəl idi.

Peter Guzli adlı şəxs 1997-ci ildə çəkdirdiyi öz fotosuna təyyarəni montaj ilə əlavə edərək zarafat məqsədilə dostlarına göndərdiyini etiraf edib.

Eyni şəxsin New York-da fərqli bucaqlardan çəkilən fotolarını tapmaq mümkündür.

İddianın doğru olmadığı 2001-ci ildə ortaya qoyulub.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

11 sentyabr 2001-ci ildə Əfqanıstan mərkzəli Əl-Qaidə təşkilatı New York-da yerləşən Dünya Ticarət Mərkəzinin ekiz qüllələrinə təyyarə ilə hücum etmişdi. Hücumlarda 3 minə yaxın insan həyatını itirdi. Hücum günü ilə bağlı sosial şəbəkədə paylaşılan bir iddiada, fotonun hadisə günü təyyarənin çırpılmasından biraz əvvəl müşahidə göyərtəsindən foto çəkən turisti göstərdiyi iddia olunub.

11 eylul teyitaz

Foto hadisədən dörd il əvvəl çəkilib

İddia fotosunu əks axtarış etdikdə fotonun internetdə “Tourist Guy” adı ilə viral halə gəldiyini görürük. Foto, 11 sentyabr hadisəsinin ardından, təyyarənin Dünya Ticarət Mərkəzinə çırpıldığı andan saniyələr əvvəl, bundan xəbərsiz bir turistin qüllədə foto çəkdirdiyi iddiası ilə paylaşılıb. Foto həmin dövrdə kameranın qəza yerindən tapıldığı, həmin şəxsin kimliyinin naməlum qaldığı məlumatı ilə yayılıb.11 sentyabr 2001 tarixində New Yorkda havanın isti olmasına baxmayaraq fotodakı şəxsin qalın geyimdə olması şübhə oyandıran nüanslardan biridir. Dünya Ticarət Mərkəzinin şimal qülləsinə təyyarənin çırpıldığı saat 8:46 cənub qülləsinə çırpıldığı saat isə 9:03 idi. Həmin dövrdə qüllənin müşahidə göyərtəsinə turistlər üçün açılış saatı 9:30 idi. 

Foto viral hala gəldikdən sonra fotodakı şəxsin Peter Guzli adlı macar turist olduğu ortaya çıxıb. Peter, fotonu hadisədən dörd il əvvəl 1997-ci noyabrında qüllədə çəkdirdiyini, 2001-ci ildə hadisənin ardından “zarafat” üçün fotomontaj üsulu ilə təyyarəni əlavə edərək dostlarına göndərdiyini etiraf edib. Fotonu isə dostlarından birinin internetdə yaydığını deyib. Fərqli bucaqlardan çəkilən fotoları da internetdə tapmaq mümkündür.

11 eylul teyitaz orijinal

11 eylul teyitaz orijinal2

Həmin dövrdə iddianın yanlış olduğu bir çox media qurumu tərəfindən də ortaya qoyulub: