Fotonun 11 oktyabr Gəncəyə olan hücum ilə əlaqədar olduğu iddiası

Fotonun 11 oktyabr Gəncəyə olan hücum ilə əlaqədar olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Gəncəyə olan hücumdan sonra çəkildiyi iddia edilən foto 2015-ci ildə Akçakaledə çəkilb.

Lefteris Pitarakis tərəfindən çəkilən foto haqqında detallı məlumat AP-nin rəsmi saytında mövcuddur.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada paylaşılan bir fotonun oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistan tərəfindən Gəncə şəhərinə olan raket hücumundan sonra çəkildiyi iddia edildi.

fotonun 11 oktyabr gncy olan hucum il laqdar oldugu iddiasi interaz

Foto 2015-ci ildəndir

Fotonu arama motorlarında əks axtarış üsulu ilə axtardıqda 2015-ci il tarixində paylaşıldığını görürük. Detallı şəkildə axtardıqda isə fotonun müəllifinin də adının qeyd olunduğu 2015-ci ildə The Atlantic-də yayınlanmış xəbəri tapmaq mümkündür.

Xəbərdə qeyd olunan məlumatlara əsasən foto Lefteris Pitarakis adlı fotoqraf tərəfindən 2015-ci ilin 14 iyun tarixində Türkiyənin Akçakale bölgəsində çəkilib. Foto bir türk əsgərinin Suriya sərhədindən Türkiyəyə keçmiş Suriyalı uşağa su verdiyini göstərir. 

Lefteris Pitarakisin digər fotolarının da yer aldığı saytda AP imzalı fotonu tapmaq mümkündür. AP-nin rəsmi saytındakı məlumatlardan da fotonun 2015-ci ildən olduğunu doğrulayırıq.

fotonun 11 oktyabr gncy olan hucum il laqdar oldugu iddiasi 2

AP imzalı foto

2020-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistan tərəfindən yaşayış binalarının  raket ilə vurulmasının ardından 9 nəfər həyatını itirib və 34 nəfər yaralanıb. 27 sentyabr 2020-ci ildə başlayan döyüşlərdən bəri ilk dəfə oktyabrın 9-da Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Moskvada  görüş keçirdi. Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin 11 saat davam edən müzakirələrindən sonra humanitar atəşkəs barədə razılığa gəlinib. Atəşkəs qüvvəyə mindikdən sonra da hər iki tərəf bir-birini atəşkəsi pozmaqla ittiham edib. 

27 sentyabr 2020-ci il başlayan döyüşlərlə bağlı yayılan şübhəli məlmatlarla bağlı hazırladığımız digər analizlərə bu link vasitəsilə baxış keçirə bilərsiniz.