Fotoların 21 Mart 2023-cü il tarixli Əfqanıstan-Pakistan zəlzələsindən olduğu iddiası

Fotoların 21 Mart 2023-cü il tarixli Əfqanıstan-Pakistan zəlzələsindən olduğu iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Fotolar 21 mart 2023-cü ildə Əfqanıstanda baş vermiş zəlzələdən deyil

Fotolar Pakistandakı 24 Sentyabr 2019-cu il zəlzələsinə aiddir.

Zəlzələ 7,7 deyil 6,5 bal gücündədir.

2023-cü il martın 21-də episentri Əfqanıstan olan zəlzələ baş verib. Zəlzələnin hiss edildiyi Pakistanda 6 nəfər ölüb, 120 nəfər isə yaralanıb. Əfqanıstandakı dağıntıların hansı dərəcədə olduğu ilə bağlı isə açıqlama verilməyib.

Sosial mediada paylaşılan fotoların bu zəlzələdən sonra Pakistanda qeydə alındığı iddia edilib.

pakistan efqanistan zelzelepng

Fotolar 24 Sentyabr 2019-cu il tarixli Pakistan zəlzələsindəndir

İddiada istifadə olunan fotoları əks şəkil axtarışı üsulu ilə axtararkən müxtəlif internet saytlarına rast gəlirik. İnternet saytlarını analiz edərkən hər üç görüntünün də 2019-cu il sentyabrın 24-də baş verən Pakistan zəlzələsi zamanı çəkildiyi ortaya çıxır.

Sağ tərəfdə üstdə yer alan foto Associated Press (AP) müxbiri tərəfindən 2019-cu il sentyabrın 24-də Jatlan Pakistanda çəkilib. Soldakı şəkil Frans Press agentliyinin müxbiri Amir Qureşi tərəfindən 2019-cu il sentyabrın 24-də Mirpur Pakistanda qeydə alınıb.

Sağ tərəfdə altda yer alan foto isə yenə Amir Qureşi tərəfindən 2019-cu il sentyabrın 24-də Mirpur Pakistanda çəkilib. Fotonun daha yaxından çəkilmiş formasını da əldə etmək mümkündür.

pakistan efqanistan zelzele teyit

2019-cu il sentyabrın 24-də Pakistanın şimalında 5,8 bal gücündə zəlzələ baş vermişdi. ABŞ Geologiya Tədqiqiqatları Qurumu baş verən zəlzələnin episentrinin Yeni Mirpurun bir km cənub-şərqində və yerin isə 10 km altında qeydə alındığını bildirmişdi.

Bu zəlzələdə 8 nəfər ölmüş, 100 nəfər isə yaralanmışdı.

Martın 23-dəki zəlzələ 7,7 bal gücündə deyil

Kütləvi informasiya vasitələri martın 23-də baş verən zəlzələnin 6,5 bal gücündə olduğunu bildirib. ABŞ Geologiya Tədqiqatları Qurumunun (USGS) internet saytında da zəlzələnin 6,5 bal gücündə olduğu qeyd olunub.

Zəlzələnin gücünü müxtəlif zəlzələ izləmə sistemlərindən də dəqiqləşdirmək mümkündür.

pakistan zelzele episenteri teyit

Zəlzələnin 7,7 bal gücündə olduğu ilə bağlı iddialarda “Google Fəlakət Xəbərdarlığı Sistemi”nə istinad edilib. “Google Fəlakət Xəbərdarlığı Sistemi” əvvəlcə zəlzələnin 7,7 bal gücündə olduğunu açıqlasa da sonradan 6,5 bal olaraq yeniləyib.

Pakistanın xəbər saytlarında da hadisənin ilk saatlarında zəlzələnin 7,7 bal gücündə olduğu qeyd olunub.