Fotodakı şəxslərin Azərbaycan əsgərləri olduğu iddiası

Fotodakı şəxslərin Azərbaycan əsgərləri olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Foto Azərbaycan əsgərlərini göstərmir.

Fotonu əks axtarış üsulu ilə araşdırdıqda orijinal versiyasını tapmaq mümkündür.

Fotodakı Ermənistan əskərlərinin başqa bucaqdan çəkilən fotoları mövcuddur.

Fotodakı əsgərlərdən birinin Ermənistan xüsusi təyinatlı əsgəri olduğu məlumatını internetdən əldə etmək mümkündür.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada paylaşılan əsgər fotosunun Azərbaycan əsgərlərini göstərdiyi iddia edildi.

teyitaz askerlerin azerbaycan askeri oldugu iddiasi

Əks axtarış üsulu ilə axtarış motorlarında fotonu araşdırdıqda 2021-ci ilin aprel ayında paylaşılan fotoları tapmaq mümkündür. Instagram-da iddia fotosunun orijinalına və fərqli bucaqdan çəkilmiş versiyasına rast gəlmək mümkündür.

iddia gorseli baska acidan teyitaz askerler

İddia fotosunun başqa bucaqdan çəkilmiş versiyası

Fotonu iddia paylaşımından bir neçə ay əvvəl Instagram-da paylaşan və fotodakı şəxslərdən biri olan “sargis.stepanyan_official” adlı istifadəçinin adını Google üzərində axtardıqda Ermənistanın xüsusi təyinatlı əsgəri olduğunu görürük. Bu saytdakı fotolar da Instagram hesabında və iddia fotosunda görünən şəxs ilə eyni olduğunu göstərir.