Fotodakı şəxsin həyat yoldaşını plastik əməliyyat olduğu üçün məhkəməyə verdiyi iddiası

Fotodakı şəxsin həyat yoldaşını plastik əməliyyat olduğu üçün məhkəməyə verdiyi iddiası

Yanlış Yanlış

Faktlar

2004-cü ildən bəri internetdə yayılan hekayə 2012-ci ildə bir reklam fotosu ilə birlikdə yayılmaya başlayıb.

J Walter Thompson (JWT) adlı reklam şirkəti tərəfindən çəkilən foto real ailəni göstərmir.

Tayvanlı model Heidi Yeh fotonun internetdə yanlış məlumat ilə paylaşılmasının yaratdığı zərər üzərinə icazəsiz istifadəsi üçün şirkəyi məhkəməyə verib.

Yehin rəsmi Facebook səhifəsində də model olaraq qoşulduğu fərqli çəkilişlər haqqqında paylaşım var.

Yehin rəsmi Facebook səhifəsində də fərqli çəkilişlərindən kadrlar mövcuddur.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada paylaşılan bir fotonun çinli bir iş adamının görünüşünə görə evləndiyi qadının əslində estetik əməliyyat keçirdiyini doğulan uşaqların özünə bənzəməməsindən anlayıb, qadını məhkəməyə verdiyi iddia olunub.

teyitaz estetik ameliyat iddiasi ekran

Fotodakılar modeldir və kadr reklam üçün çəkilib

İllərdir internetdə “meme” halına gələn foto yanlış bir formada bir hekayə ilə birlikdə fərqli dillərdə yayılıb. Əslində fotodakı şəxslər modeldir və J. Walter Thompson (JWT) reklam şirkəti tərəfindən plastik əməliyyat reklamı üçün çəkilib. Fotodakı Tayvanlı model Heidi Yah ona maddi və mənəvi zərər vuran bu yanlış məlumat ilə bağlı paylaşılan fotonun icazəsi olmadan internettə yanlış məlumatla paylaşılan foto üçün məhkəməyə müraciət edib.

“Meme” halına gələn fotodakı hekayə 2004-cü ildən bəri yayılır

Fotonun paylaşıldığı hekayə əslində 2004-cü ildə Heilongjiang Morning Post tərəfindən paylaşılan və Çində internetdə yayılan köhnə bir hekayədir. Hekayədə bir kişinin evləndiyi qadın ilə ilk uşaqları olan qızları doğulduqdan sonra heç birinə bənzəmədiyi və qadının plastik əməliyyat olduğunu anladığı üçün boşanmasından və qadından təzminat almasından bəhs edilir. 

2012-ci ildə bu hekayə plastik əməliyyat ilə bağlı reklam çəkilişi üçün Tayvanlı model Heidi Yeh ilə çəkilən foto ilə birlikdə paylaşılır. J Walter Thompson (JWT) reklam şirkətinin plastik əməliyyat ilə bağlı reklam çəkilişində Heidi Yeh adlı Tayvanlı model ilə birlikdə üç uşaq bir kişi model iştirak edib. Həmin reklamın başlığı isə “Narahat olmalı olduğun tək şey bunu uşaqlarına necə başa salacağındır” cümləsi olub. Fotonun internetdə paylaşılmasından bir müddət sonra yeni başlıq ilə “Plastik əməliyyat - əbədi olara gizləyə bilməzsiniz” yayılmağa başlayıb. İnternetdə 2004-cü ildən bəri dolaşan məhkəmə hekayəsi bu foto ilə birlikdə paylaşılması və reklam fotosunun həqiqi bir ailə fotosu kimi əks etdirilməsi internet istifadəçilərinin hekayənin doğru olduğunu və fotodakı qadının plastik əməliyyat olduğu üçün boşandığını və təzminat ödədiyini düşünməsinə səbəb olub.

Heidi Yeh BBC-ə verdiyi açıqlamada bu yanlış məlumatın ona maddi və mənəvi zərərlərindən bəhs edib. Müqaviləsində bu fotonun internetdə paylaşılmasına dair maddə olmadığını deyən Yah, icazəsiz şəkildə fotosunun internetdə paylaşılmasına görə JWT şirkətini məhkəməyə verib.

Yehin rəsmi Facebook səhifəsindəki paylaşımlardan da model olaraq qatıldığı çəkilişlərə dair görüntülər mövcuddur.

teyitaz estetik ameliyat iddiasi resmi hesap

Modelin rəsmi Facebook səhifəsindən görüntü

İddianın yanlış olduğu daha əvvəl fakt yoxlama qurumu Snopes tərəfindən ortaya də qoyulub.