Fotodakı qadının koronavirusa səbəb olduğu iddiası

Fotodakı qadının koronavirusa səbəb olduğu iddiası

Bu məqalə 3 il əvvəl yazılmışdır.
Sayyara Mammadova

Bir qadın şəkli Facebook-da Covid-19-a səbəb olan şəxs olduğu iddiası ilə paylaşıldı. İddiaya görə fotodakı qadın Çində koronavirusa yoluxan ilk şəxsdir. Foto, sosial şəbəkə istifadəçilərinin reaksiyasına səbəb olub və iddialardan biri Facebook-da 58 dəfə paylaşılıb.

jAEiipviANYZUfWLuHyo8o_F37W4m0VGSRMa7qtGgzNdn_129Z79qCD2BH9MsvuLQ2kJaA2gCTZD9q0eRPLfQNHQNVfST6a_zs332SD0RlUzxxgkmLUdbcvp1tHIwJoQQkheeTW

Lakin iddia doğru deyil. Fotonu google-da əks axtarış üsulu ilə axtardığımız zaman orijinal versiyasını tapmaq mümkündür. İddiadaki foto 2015-ci ilin 2 noyabrında bir blogda paylaşılıb. Foto Jessica Peterson adlı yazar tərəfindən “Global Girl Travels” adlı saytda yayınlanıb. Peterson, 2015-ci ildə Çinin Zhangjiajie şəhərinə səyahəti ilə bağlı xatirələrini qələmə aldığı yazısına həmin şəhərdə çəkdiyi fotoları da əlavə edib. Bu şəkillərə baxdıqda həmin fotonu da Petersonun digər şəkilləri arasında görürük.

BJLwMW9S7xBoShRs8Nljlzk92rsCBa7o0kNnRJnlKV9nIGhu4P9y1TRpJg0XBxuC53HHUF4TelmUtMAecDIw1iL57rnTsjT8sxM6btEJJYTELEOmT7EZZNIdSWjKViG7l8dYXpN 


Yeni koronavirusun ilk qeydə alındığı yer Uhan əyalətidir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi 23 aprel 2020 tarixli hesabata əsasən yeni koronavirus yəni Covid-19 və ya digər adı ilə SARS-CoV-2,  ilk yoluxmalar 2019-cu ilin dekabr ayında  Çinin Hubey əyalətinin Uhan şəhərində rəsmi olaraq qeydə alındı. Çin rəsmiləri tərəfindən aparılan keçmişə yönəlik araşdırmalar isə ilk insan yoluxmaları ilə bağlı yaranan simptomların 2019-cu ilin dekabr ayının əvvəllərində olduğunu təsbit etdi. ÜST-ün hesabatına görə bilinən ən köhnə yoluxmaların bəziləri Uhandakı bazardan çıxsa da bəziləri o bazarla əlaqəli deyil. İlk xəstələrin böyük qismi isə həmin bazardakı işçilər və ya müntəzəm olaraq bu bazara gələn şəxslərdir. 2019-cu il dekabr ayında bazardan alınan nümunələrdə də Covid-19 testləri müsbət nəticə verdiyi üçün bu virusun başladığı yerin Uhandakı bu bazar olduğu və yaxud virusun yayılmasında rol oynadığı düşünüldü. Həmin bazar 1 yanvar 2020 tarixində bağlandı. ÜST-ün verdiyi hesabatlarda və açıqlamalarda ilk Covid-19 virusuna yoluxan şəxsin kim olduğuna dair faktlar yoxdur. 

Nəticə etibarilə fotodakı qadının ilk koronavirusa yoluxan şəxs olduğu iddiası doğru deyil. “Patient zero” olaraq da adlandırılan ilk xəstənin kim olduğuna dair faktlar hələki yoxdur. Bu iddianı yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqələndirməuydurmaya misal göstərmək olar.

Faktlar

  • Foto 2015-ci ilə aiddir və bir blogerin Çinin Zhangjiajie şəhərinə səyahəti zamanı çəkilib.
  • Yeni koronavirusa ilk yoluxan şəxsin kim olduğuna dair faktlar hələki yoxdur.
TEYİT NƏTİCƏSİ
Yanlış