Fotoda 'Burada iş yoxdur. Pul yoxdur. Gələcək yoxdur' yazdığı iddiası

Fotoda 'Burada iş yoxdur. Pul yoxdur. Gələcək yoxdur' yazdığı iddiası

Bu məqalə 2 il əvvəl yazılmışdır.
Sayyara Mammadova

Sosial şəbəkədə paylaşılan bir fotonun Bolqarıstandaki yol işarəsində “Əziz miqrantlar, Bolqarıstana xoş gəlmisiniz. Burada iş yoxdur. Pul yoxdur. Gələcək yoxdur. Geri qayıdın. Təşəkkürlər” yazdığını göstərdiyi iddia edildi. 

fotoda burada is yoxdur pul yoxdur glck yoxdur yazdigi iddiasi 1


Foto manipulyasiya edilib

Fotonu əks axtarış üsulu ilə arama motorlarında axtardığımız zaman orijinal versiyasını tapmaq mümkündür. Fotoda əslində iki dildə Република България Republic of Bulgaria yazılıb.

bulgaristan sinirinda olan tabelanin orijinal versiyonu bulgaria iddia

Əslində iddiakı fotonun üzərində sadəcə İngilis dilində cümlə yazılması da bu fotonun orijinal olmadığına işarə verir. Fotodakı yazıdan və bir neçə metr irəlidəki postdan başa düşülür ki bu ərazi Bolqarıstanın sərhəd yaxınlığında çəkilib.

Fotodakı yerin dəqiq hara olduğu bilinməsə də, Google Maps-də Bolqarıstanın digər sərhəd ərazilərində gəzdiyimiz zaman məsələn, Strezimirovci şəhərindəki sərhəddə yol işarəsinin də həm Kiril əlifbası ilə Bolqarca yazıldığını, həm də Latın əlifbası ilə İngiliscə yazıldığını görürük. 

google maps bulgaria goruntu

Bundan əlavə Bolqarıstanın başqa yerlərinə də baxdıqda eyni cür iki dil istifadə edildiyini görmək mümkündür. 

tabelalar bulgaria

Eyni zamanda ölkələr sərhəddən girişdə “xoş gəldiniz” yazarkən xüsusilə müəyyən bir qrupa xitab etməzlər, bu ən azından ayrı-seçkilik olar.

Foto 2018-ci ildə də yayıldığı zaman fərqli platformlar tərəfindən montaj olduğu ortaya qoyulmuşdu.

Nəticə etibarilə iddia yanlış məlumatın ən geniş yayılmış yeddi növündən biri olan manipulyasiya kateqoriyasına aiddir.

Faktlar

  • Foto manipulyasiya edilib.
  • Orijinal fotoda Bolqarıstan Respublikası iki dildə yazılıb.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
faydali.faktlar, 1.575 etkileşim aldı. 01/09/2020
azerbaycan banner