Fotoda BRİKS əskinasınının göstərildiyi iddiası

Fotoda BRİKS əskinasınının göstərildiyi iddiası

Elkin Khalilov Semra Yıldırım

Sosial mediada paylaşılan şəkildəki əskinasın BRİKS-in ortaq pul vahidinə aid olduğu iddia edilib.

yeni dunya pulu brics teyit

Mətbuatda yayılan məlumata görə, əskinas simvolik olaraq çap edilib

BRİKS iqtisadiyyatı inkişafda olan-Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası tərəfindən yaradılmış tərəfdaşlıqdır. Ölkələrin baş hərfləri ilə adlandırılan BRİKS öz məqsədini ABŞ və onun Qərb müttəfiqlərinin dominant olduğu qlobal iqtisadiyyatda dolların hökmranlığını qırmaq və daha ədalətli sistem inkişaf etdirməklə izah edir.

BRİKS-in ortaq pul vahidinə aid olduğu iddia edilən vizual şəkildəki əskinası tərsinə foto axtarış üsulu ilə axtardığımız zaman 22-24 avqust 2023-cü il tarixləri arasında keçirilən BRİKS sammitindən xəbərlərə rast gəlirik.

Cənubi Afrikanın ev sahibliyi etdiyi 15-ci BRİKS sammitində Rusiyanın Cənubi Afrikadakı səfirinin təqdim etdiyi 100-lük əskinas simvolik olaraq çap edilib.

Rusiyada çap edilmiş simvolik əskinasın üz tərəfində qrupun beş üzvünün bayraqları və mədəni simvolları əks olunub. Arxa tərəfdə Əlcəzair, Bəhreyn və Belarus kimi ölkələrin adları və bayraqları görünür.

Bildirilib ki, simvolik kağız pulları Rusiya səfiri tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin səfirinə hədiyyə edib.

Rusiya mənbələrindən əldə edilən məlumata görə, Rusiyanın Vladimir vilayətinin Kirjaç şəhərində əskinasın min nüsxəsi istehsal edilib.

Hər iki şirkətin təsisçisi və sahibi Yevgeni Fedorov vurğulayıb ki, əskinas dövriyyəyə buraxılarsa, BRİKS üzvü olan ölkələrin təkliflərinə əsasən dəyişdirilə bilən qaralama variantları da mövcuddur.

Bu açıqlamalardan başqa heç bir liderin əskinasla bağlı rəsmi açıqlamasına rast gəlinmir.

brics yeni pul teyit

Sembolik BRICS banknotu.

BRİKS-in ümumi valyutası yoxdur

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS-də ortaq valyuta ilə bağlı müxtəlif tələblərin gündəmdə olduğunu, Braziliya prezidenti Lula Da Silva da BRİKS-ə üzv ölkələr üçün ortaq valyutanın yaradılmasına çağır etmişdi.

Bu tələb avqustda keçirilən BRİKS-in 15-ci sammitində Çinin rəhbərliyi ilə gündəmə gətirilib. Qlobal iqtisadiyyatda ABŞ dollarının hegemonluğunu qırmaq istəyən Çinin bu ideyası Rusiyadan dəstək alsa da, Cənubi Afrika kimi nisbətən kiçik iqtisadiyyatı və əhalisi olan ölkələr tərəfindən qəbul edilməyib. Bunun əvəzinə üzvlər arasında yerli valyutalarla ticarət ideyası üstünlük təşkil edib.

Başqa sözlə, BRİKS üzvü olan ölkələrin ümumi valyuta müqaviləsi və çap edilmiş rəsmi əskinası yoxdur.

BRİKS-ə üzv ölkələrin fərqli iqtisadi şərtlərə malik olduğunu bildirən analitiklər ortaq valyuta ilə inteqrasiyanın regional baxımdan çətin olacağını bildiriblər.

BRİKS yeni üzv dövlətlərlə genişlənməyə qərar verib

Özünü Qərbə alternativ olaraq təqdim edən BRİKS üzvüləri 2023-cü ilin avqustunda keçirdikləri toplantıda genişlənmə barədə razılığa gəliblər.

brics toplanti teyit yeni

Üzvlər arasında üç günlük qapalı danışıqlardan sonra Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin BRİKS-ə tamhüquqlu üzv olmağa dəvət edildiyi açıqlanıb. Bu ölkələr 2024-cü ilin yanvarında birliyə üzv olacaqlar.

Lakin şəkildəki əskinasın mənbəsi ilə bağlı dəqiq məlumat olmadığından, yayılan xəbərlərdən başqa, təhlilə “nəticə çıxarmaq mümkün olmadı” kimi qiymətləndirildi.

Məqalədəki iddia nə idi?

Görüntüdə BRİKS əskinasının əks olunduğu iddia edilib.

?

Faktlar

  • Xəbər saytlarında əskinasın rəsmi yox, simvolik olduğu bildirilib. Ancaq bu mövzuda heç bir rəsmi açıqlama yoxdur.
  • BRİKS-in ümumi valyutası yoxdur.
  • Əskinasın mənbəyi haqqında dəqiq məlumat əldə etmək mümkün deyil.
TEYİT NƏTİCƏSİ
Nəticələndirilə bilmədi
Paylaşanlar / Deliller
news_messengerox, 5.208 etkileşim aldı. 11/09/2023
0704941999_66, 1.059 etkileşim aldı. 12/09/2023
orxan.xelil, 2.900 etkileşim aldı. 11/09/2023