Aprel ayında sosial şəbəkədə yayınlanan bir fotonun Almaniyada yaşayan və koronavirus xəstəliyindən dünyasını dəyişən Seyfi Al adlı bir türk həkimin oğlu ilə çəkdirdiyi son foto olduğu iddia edildi. Foto təkcə bir səhifədə 2 min 652 istifadəçi tərəfindən bəyənildi.
Lakin iddia doğru deyil. Fotodakı şəxs Jared Burks adında ABŞ-ın Cənub əyalətlərindən biri olan Arkansasda yaşayan bir həkimdir və sağdır.
Şəkildəki adam Seyfi Al deyil
İddadakı şəkli axtarış motorlarında əks axtarış üsulu ilə axtardıqda hekayənin doğru versiyasını tapmaq mümkündür. Amerika Birləşmiş Ştatlarında da viral olan bu fotonun ilk paylaşıldığı yer Alyssa Burks adlı Facebook istifadəçisinin profilidir.
“Nəhayət görün bugün kiminlə görüşdük! İşə qayıtmalı olduğu vaxt uşaq kimi ağladığımı danmayacam. Onun üçün darıxsaq da nə etməli olduğumuzu da bilirik.
Dua edirik. Bu bizim vəziyyətin öhdəsindən gəlməyimizə kömək edir.
Bir neçə nəfər bu fotonu paylaşabilər mi deyə soruşur. Əlbəttə paylaşabilərsiniz. Bəlkə bu daha çox insanı evdə qalmağa təşviq edər.”
Bu paylaşım sayəsində adı etiketlənən şəxsin Jared Burks olduğu başa düşülür. Jared Burskun profilinə nəzər salarkən fotodakı adamın da elə özü olduğunu görürük.
Şəklin sosial şəbəkələrdə sürətlə yayıldığını görən Alyssa Burks fotonunun doğru hekayəsinin yer aldığı xəbəri paylaşır. Burks, ABC7 adlı kanalda qonaq olduğu bir verlişdə həyat yoldaşı Jaredin tibb işçisi olduğunu deyir. Alyssa, həyat yoldaşının pandemiya ilə mübarəzidə iştirak etdiyi üçün bir neçə həftədir ki evdən uzaq qaldığını bildirir. O, evə gələn atanın uşaqları Zekeni ilk dəfə iməkləyəndə gördüyünü deyir.
Xəbərdə Zeke və Jaredin eyni vaxtda çəkilmiş fotolarına da yer verilib.
Foto çox yayıldıqdan sonra bir neçə media qurumu Burks ailəsinin hekayəsi haqda xəbər yayınladı.
Burks ailəsinin hekayəsi bununla məhdudlaşmır. Bundan əlavə Alyssa Burks, Arkansasda 29 mart tarixində baş verən tufan nəticəsində yaşadıqları evin dağıldığı məlumatını da paylaşdı. Burks, tufan əsnasında Zeke ilə birlikdə anasının evində, Jaredin isə evdə olduğunu ancaq hazırda bütün ailə üzvlərinin səhhətinin yaxşı olduğunu dedi. Ailə üçün yardım kampaniyası da keçirildi.
İddiada adı keçən və Almaniyada yaşadığı bildirilən “Seyfi Al Cherkesi” adı fərqli axtarış motorlarında fərqli açar sözlərlə axtarılmasına baxmayaraq kim olduğunu tapmaq olmur.
Nəticə etibariylə Seyfi Ala aid olduğu iddia edilən şəkil ABŞ-ın Arkansas əyalətində işləyən Jared Burks adlı bir həkimin Zeke adlı uşağı ilə görüşdüyü ana aiddir. İddialarda bu şəkilə kədərli bir hekayə qurulduğuna görə bu iddianı təhrif etməyə misal olaraq göstərmək olar. Başqa bir hekayə göstərdiyi üçün bunu xətalı əlaqələndirmə kateqoriyasına aid edə bilərik.