Formasını qaldıran qadın videosunun 2022-ci il dünya çempionatına aid olduğu iddiası

Formasını qaldıran qadın videosunun 2022-ci il dünya çempionatına aid olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Video 2021-ci ilin iyul ayından internetdə yayılır.

Videonun paylaşıldığı zaman futbol üzrə Avropa çempionatı davam edirdi.

11 iyul 2021-ci ildə İngiltərə İtaliya ilə qarşılaşıb.

Qətərin ev sahibliyi etdiyi 2022-ci il dünya çempionatının başlamasından sonra turnirlə bağlı çoxlu şübhəli məlumatlar yayılmağa başlayıb. Geniş yayılmış iddialardan birində yer alan videonun 2022-ci il dünya çempionatında oyun öncəsi İngiltərə azarkeşlərinin əyləncəsini əks etdirdiyi iddia edilib.

Videoda qadın fanat köynəyini qaldıraraq sinəsini kameralara göstərir. Video müxtəlif dillərdə yayılıb. Bəzi saytlar videonu “Qətərdə ölümdən qorxmayan qadın!” başlığı ilə paylaşıb.

az formasini qaldiran qadin videosunun 2022 ci il dunya cempionatina aid oldugu iddiasi

Video 2021-ci il futbol üzrə Avropa çempionatındadır

Videodan götürülmüş fotoları axtarışa verdiyimiz zaman videonun “England Fan Flashing. It's Coming Home" başlığı ilə paylaşıldığını görürük. Tərcümədə mənası “İngiltərə azarkeşi özünü ifşa edir. Evə gəlir." başlığı altında dərc edildiyini görürük. (Diqqət: Arxivlənmiş linkdə pornoqrafik görüntülər var.)

“It's Coming Home” İngiltərə fanatları tərəfindən tez-tez istifadə olunan ifadədir və fanatların mahnısı olan “Three Lions”ın nəqarətidir.

az ingiltere taraftari 2021

Video paylaşılan zaman futbol üzrə Avropa çempionatı davam edirdi. Futbol üzrə Avropa çempionatı Covid-19 pandemiyası səbəbindən 2020-ci ildə deyil, 2021-ci ildə keçirilib. 11 iyul 2021-ci ildə İtaliya İngiltərə ilə qarşılaşıb.

Yeri gəlmişkən, sosial şəbəkədə bəzi istifadəçilər də videonun 2021-ci il futbol üzrə Avropa çempionatından olduğunu paylaşıblar.