Keçmiş portuqaliyalı futbolçu Luiş Fiqonun Mərakeş ilə Portuqaliya arasında baş tutan futbol üzrə dünya çempionatı 2022-nin 1/4 final oyunu sonrasında Ronaldonu ehtiyatda saxlayan portuqaliyalı baş məşqçini tənqid edən ifadələr işlətdiyi iddia edildi.
İddia paylaşımlarında Fiqonun ““Ronaldo ehtiyat oyunçular skamyasında olarkən dünya çempionatını qazana bilməzsən. Onu heyətdən kənarda saxlamaq səhv idi. Bu məğlubiyyət məşqçiyə məxsusdur” ifadələri yer alıb.
Bir çox idman hesabı və xəbər saytında paylaşılan iddia qısa zamanda yayılıb.
Fiqonun belə bir açıqlaması yoxdur
İddia haqqında açar sözlər ilə ingiliscə, ispanca və portuqalca axtarış edərkən beynəlxalq mətbuatda Luis Fiqonun belə bir ifadəsinə rast gəlinmir.
Araşdırmağa davam edərkən iddianın ilk dəfə Samuel Varqas adlı kolumbiyalı jurnalist tərəfindən edilən paylaşım sonrasında Türkiyədə yayıldığı və sözlərin dəyişdirilərək istifadə edildiyi ortaya çıxır.
Varqas “Twitter” hesabından etdiyi paylaşımda “Ronaldo ehtiyatda ikən dünya kuboku qazana bilməzsən. İsveçrəni udmaq? Mükəmməldir, amma bunu bütün oyunlarda edə bilərsən? Xeyr. CR7-ni ehtiyatda saxlamaq səhv idi, bu məğlubiyyət baş məşqçinin məsuliyyəti altındadır” ifadələrinin Fiqoya aid olduğunu iddia edib.
Fiqo iddaları yalanlayıb
Luis Fiqo paylaşımlardan sonra “Twitter” hesabından verdiyi açıqlamada “Əziz Samuel Varqas mənim demədiyim sözləri yayınlayaraq məşhurlaşmaq istəyirsən? Fikrimi öyrənmək istəyirsənsə, soruşmalısan! Səni heç tanımıram, bu səbəbdən sözlərimi uydurma! Qəhrəmanlar fərqlənənlərdir” ifadələrini söylərək iddiaları yalanlayıb.
Samuel Varqas Fiqonun açıqlamasından sonra paylaşımını silərək ondan üzr istəyib.
Argentinanın idman qəzeti “Diario Ole”nin də iddiada yer alan sözlər haqqında paylaşım etməsi ilə Fiqo mövzu ilə bağlı başqa bir paylaşım edərək “Pis xəbərçiliyin də cəzalandırılmasını istəyirəm. Bu, bu gün hər kəsin jurnalist və ya media qurumu olaraq adlandırıla biləcəyinin örnəyidir. Fikrimi istəyirsənsə, soruşmalı, özündən fikirlər icad etməməlisən” ifadlərini işlətdi və sözlərin ona aid olmadığını söyləyib.
“Diario Ole” qəzeti Fiqonun açıqlamasından sonra paylaşımı silib.