Fevralın 6-da baş verən zəlzələdən sonra Türkiyənin 3 metr sürüşdüyü iddiası

Fevralın 6-da baş verən zəlzələdən sonra Türkiyənin 3 metr sürüşdüyü iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

“Teyit”in əlaqə saxladığı professor Karlo Doqlioni Anadolu lövhəsinin üç metr sürüşmədiyini, qırılma xəttinə bitişik həcmin üç metr yer dəyişdiyini bildirib.

Geoloq, professor Cəlal Şəngör qırılma xəttinin üç metr hərəkət etməsinin Türkiyənin üç metr hərəkət etməsi mənasına gəlmədiyini açıqlayıb.

Keçmişdə baş verən güclü zəlzələlərdə də qırılma xəttində oxşar ölçülərdə sürüşmələrin olduğu məlumdur.

2023-cü il fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ başda ətraf şəhərlər olmaqla 10 fərqli şəhərdə hiss edilib. 

Zəlzələdən sonra sosial mediada yayılan bəzi paylaşımlarda və xəbər saytlarında İtaliya Milli Geofizika və Vulkanologiya İnstitunun rəhbəri professor Karlo Doqlioninin Türkiyənin üç metr sürüşdüyünü açıqladığı iddia edilib.

az turkiy surusm 3metrpng

“Sky TG24”ün canlı yayımına qonaq olaraq dəvət edilən Doqlioni Türkiyə və Suriyada hiss edilən zəlzələlər haqqında fikirlərini açıqladığı zaman “Detallı şəkildə tədqiq etdiyimiz ehtimallara görə zəlzələnin ən az üç metrlik yer dəyişikliyi ilə 150 km boyunca təsirli olduğunu bilirik. Hər şey sadəcə bir neçə saniyə ərzində baş verdi və 7,9 bal gücündəki bu zəlzələnin ətrafa yayılmasına səbəb oldu”, bildirib

Doqlioninin açıqlamasındakı “üç metrlik yer dəyişdirmə” hissəsi səthdə gözlə görülən üç metrlik sürüşmə meydana gəldiyi iddiasına səbəb olub.

Qırılma xəttinin üç metr hərəkət etməsi Türkiyənin üç metr hərəkət etdiyi mənasına gəlmir

“Teyit”in əlaqə saxladığı Karlo Doqlioni açıqlamasında qeyd etdiyi yer dəyişikliyindəki terminologiyanın qarışdırıla biləcəyini bildirərək “Qeyd etdiyim yer dəyişikliyi Anadolu lövhəsinin üç metr yer dəyişdirməsi deyil, “qırılma xəttinə bitişik həcmin” dəyişikliyidir”, bildirib. 

Doqlioni oxşar sürüşmələrin 6,7 bal gücündəki 2020-ci il Elazığ zəlzələsində 1,9 metr, 1999-cu il İzmit zəlzələsində 5 metr olduğunu vurğulayıb. Oxşar zəlzələlərdə qırılma xətlərindəki ortalama eyni sürüşmələr baş verdiyi görülür.

Geoloq, professor Cəlal Şəngör də “TV100”ün dəvət olunduğu canlı yayımında bu iddianı “Qırılma xəttinin üç metr hərəkət etməsi Türkiyənin üç metr hərəkət etdiyi mənasına gəlməz. Bu üç metrlik hərəkət qırılma xəttinin sonlarına doğru sönür”, sözləri ilə yalanlayıb. İddia edildiyi kimi səthdə üç metrlik hərəkət görə bilmək üçün “ölkəni ucdan uca qıran” xətt qırılması görülməli olduğunu əlavə edib. 

Qazi Universitetinin Mühəndislik Fakültəsinin dosenti Bülent Özmen qırılan xəttin uzunluğunun ölçdükdən sonra dəqiqləşəcəyini xatırladaraq Türkiyə üç metr sürüşüb demək əvəzinə, “Şərqi Anadolu qırılma xəttinin Pazarcık seqmentində 3 metrlik dəyişiklik meydana gəlib”, deməyin daha doğru olacağını bildirib. Özmen “Sol yönümlü xətt olduğu üçün sürüşən qırılma xətti üzərində cənub-qərbə doğru 3 metrlik dəyişiklik olub, nəhəng blokdan danışırıq. Hər tərəfində dəyişiklik 3 metr olmur”, deyib.

“Teyit”in əlaqə saxladığı Hacettepe Universitetinin professoru Erçin Kasapoğlu da “Ərəb lövhəsinin bu hərəkəti Anadolu lövhəsində illik maksimum üç ilə dörd santimetrlik hərəkətlərə səbəb ola bilər”, açıqlamasını verib. 

Yer altında xətlərin qırılması nəticəsində lövhələrin hərəkət etməsi ilə Şərqi Anadolu qırılma xətti Anadolu lövhəsində 3 metrlik dəyişikliyə səbəb olub. Bu dəyişikliyi Cəlal Şəngörün “HaberTürk”ün canlı yayımında etdiyi çıxışda görmək olar. Lakin bu sürüşmə bütün Anadolu lövhəsində və nəticə etibarilə bütün ölkədə 3 metr boyunca cənub-qərbə doğru sürüşmə meydana gətirəcəyi mənasına gəlmir. Bu sürüşmə qırılma xəttinin dəyişiklik göstərdiyi ərazidə bəzən səthə də təsir etsə də Türkiyənin bütövlükdə 3 metr sürüşdüyünü iddia etmək elmi olaraq mümkün deyil. 

Zəlzələ kimi müxtəlif elm sahələri ilə bağlı terminlərdən düzgün istifadə etməyə və hadisələri doğru işıqlandırmağa diqqət etmək bənzər fövqəladə hallarda baş verə biləcək informasiya qarışıqlığının qarşısını almaq baxımından çox önəmlidir.