Fahrettin Koca tərəfindən paylaşıldığı iddia edilən cümlə

Fahrettin Koca tərəfindən paylaşıldığı iddia edilən cümlə

Yanlış Yanlış

Faktlar

Fahrettin Kocanın Twitter-dakı rəsmi hesabı “@drfahrettinkoca” şəklindədir , iddiadakı hesab isə “@Drfaahretinkoca” istifadəçi adına sahibdir.

İddiadakı hesab Twitter-da silinmiş olsa , arxiv görüntülərinə baxdıqda hesabın saxta olduğu anlaşılır.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan bir tweet paylaşımının Türkiyənin Səhiyyə naziri Fahrettin Kocaya aid olduğu düşünüldü. Başqa bir Facebook səhifəsi də iddianı paylaşsa da yanlış olduğunu öyrəndikdən sonra hesabın saxta olduğu məlumatını paylaşıma əlavə edərək istifadəçilərini məlumatlandırdı.

fahrettinkoca evdekal iddia ekrani

Təqlid hesabdan paylaşılıb

Əvvəlcə iddiadakı paylaşımı edən “@Drfaahretinkoca” istifadəçi adına sahib Twitter profilini araşdıraq. Axtardıqda görürük ki, bu istifadəçinin hesabı silinib.

fahrettinkoca adina acilan saxta hesab ekrani

Daha sonra hesabla əlaqədar paylaşımların arxivini görmək üçün Internet Web Archive saytına nəzər yetiririk. Həmin domain üçün 282 URL saxlandığını görmək mümkündür. Bu zaman görürük ki hesab əslində Fahrettin Kocaya aid deyil, başqa istifadəçi adı ilə də 7 fevral 2021-ci ildə istifadə edilib. 

wayback machine fahrettinkoca

Hətta ən son saxlanılan arxiv görüntüsündə hesabın satışa çıxarıldığını da görmək mümkündür.

fahrettinkoca kecmis hesabin ekrani arxiv

Twitter-da “Advanced Search” üsulundan istifadə edərək həmin hesab ilə bağlı axtarış etdikdə paylaşımlar silinsə də ona gələn şərhləri görə bilirik. Bu şərhlərə baxdıqda isə hesabın istifadəçilər tərəfindən əvvəlcə rəsmi olaraq düşünüldüyü daha sonra isə saxta olduğunun aşkarlandığını başa düşürük. Paylaşımlar isə daha əvvəl də aşkarladığımız kimi silinib.

Bir Twitter hesabının real və ya saxta olduğunu başa düşmək üçün diqqət edə biləcəyimiz bir neçə nüans var. Əgər həmin şəxs Səhiyyə naziri kimi hökümət rəsmidirsə ilk olaraq hesabın mavi işarəli olub olmadığına baxa bilərik. Çünki Twitter bu işarəni müəyyən kriterialara sahib hesablara verir. Bir şəxsin tərəfdarları tərəfindən açılan və ya parodiya məqsədilə yaradılan profillər bu mavi işarəyə sahib olmur. 

Lakin mavi işarə hesabın saxta olub olmadığını anlamaq üçün tək üsul deyil. Digər diqqət edəcəyiniz şeylər @ ilə başlayan istifadəçi adı, izləyici sayı, hesabın açıldığı tarix kimi bir neçə nüansa diqqət edə bilərsiniz. Parodiya məqsədilə açılan hesabların əksəriyyətində hesabın bio yəni məlumat qisminda parodiya olduğu məlumatı verilir. Digər üsul isə həmin tanınan şəxsin adına başqa hesab olub olmadığını yoxlamaqdır.

Məsələn, Fahrettin Kocaya aid Twitter hesablarını araşdırdıqda mavi işarəyə sahib rəsmi hesabı tapmaq mümkündür. Bu hesab, iddianın paylaşıldığı və nazirin adının səhv yazıldığı  “@Drfaahretinkoca”-dan fərqli olaraq  “@drfahrettinkoca” istifadəçi adına sahibdir. Hesabın mavi işarəyə sahib olması, izləyici sayı, paylaşımların digər rəsmi qurumlar və şəxslər tərəfindən retweet edilməsi onun həqiqi hesab olduğunu doğrulayır. Rəsmi hesabdakı paylaşımlara diqqət yetirdikdə iddia edildiyi kimi bir paylaşım olmadığını da görürük. 

fahrettinkoca resmi hesab