Facebook şərhlərində “GG” yazdıqda çəhrayı rəng olmasının telefonun orijinallığını sübut etdiyi iddiası

Facebook şərhlərində “GG” yazdıqda çəhrayı rəng olmasının telefonun orijinallığını sübut etdiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

“Good Game” mənasını verən və oyunçular arasında geniş istifadə edilən “GG” qısaltması, Facebook-un 2017-ci ildə başlatdığı “Text Delight” adlı funksiyanın bir hissəsidir.

Normalda Facebook-dakı şərhlər qara rəngdə görünsə də, Congratulations” , “Congrats” , “BBF” (“best friends forever) kimi Text Delight-in bir hissəsi olan mətnlər rənglidir və animasiyalı görünürlər.

Bir telefonun orijinallığı hər hansı bir sosial media hesabına yazılan şərh ilə deyil, Mobil Avadanlığın Beynəlxalq Tanınma Kodu (İMEİ) vasitəsilə təsdiqlənə bilər.

İddianı ilk dəfə paylaşan səhifə daha sonra bunu “zarafat” etmək üçün paylaşdığını dan bəhs edən yeni bir paylaşım edib, lakin zarafat ilə edilən paylaşım gerçək zənn edilərək yayılıb.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan bir iddiada, Facebook platformasında istifadəçilərin şərh qismində "GG" yazdığı zaman çəhrayı rəng olmasının həmin telefonların orijinallığını sübuta yetirdiği iddia edilib.

iddia ekrani gg facebook

“GG” Facebook-un rəngli mətnlər funksiyasının bir hissəsidir

“GG” uzun illərindir ki, oyun sektorunda oyunçuların oyun bitdikdən sonra bir-birinə təşəkkür etdiyi mənası gələn, ingiliscə “good game” (yaxşı oyun) sözünün qısaltmasıdır. Facebook 2017-ci ildən bəri "Text Delight" adında bir funksiyanı həyata keçirir. Adətən istifadəçilərin platformadakı şərhləri qara rəngdə görünsə də, bu funksiya sayəsində bəzi sözlər və qısaltmalar rəngli görünür, üzərinə kliklədiksə isə animasiya çıxır. “Good game” mənasına gələn “GG” də bunlardan biridir

example of gg teyitaz

example of gg animasyon

“GG” nümunəsi

Facebook Text Delight funksiyası aktiv olanlar sözlərin siyahısını paylaşmadığı üçün istifadəçilər bu sözləri kəşf etdikcə bir-biri ilə paylaşır. Təbriklər mənasına gələn “Congratulations” , “Congrats” kimi sözlər də Facebook-da şərh olaraq yazıldığında rəngli olur, üzərinə kliklədikdə isə GG kimi animasiya görünür

animasyon congrats numune

“Congrats” nümunəsi

Bir telefonun orijinal olub olmadığı həmin telefonda istifadə olunan sosial media platformasında şərh yazmaqla ölçülmür. Telefonun orijinallığını yoxlamaq üçün olan yollardan biri onun kimlik funksiyasına sahib olan unikal kodu yəni İMEİ (​​Mobil Avadanlığın Beynəlxalq Tanınma Kodu‎) kodunu yoxlamaqdır. Cihazın növünə görə orijinallığını yoxlama üsulları dəyişə bilər. 

Əvvəllər, Best Friends Forever mənasına gələn BFF ilə bağlı bənzər iddialar paylaşılmışdı. Səhifələrin iddiasına görə Facebook istifadəçiləri şərhlərdə BFF yazdıqda əgər rəngli görünsə bu onların hesablarının təhlükəsiz olduğunu göstərirdi. Lakin iddia da yanlış idi və fakt yoxlama quruşları tərəfindən yanlışlanmışdı.

İddianı ilk dəfə 17 sentyabr 2021 tarixində paylaşan səhifə daha sonra bunu zarafatla paylaşdığına dair bir post paylaşaraq yanlış olduğunu bildirib. Lakin paylaşım zarafat məqsədi daşısa da bir çox səhifə gerçək zənn edərək səhifələrində paylaşıb.