Eynşteynin qeyri-mümkündür dediyi şeyi Mete Atatürenin bacardığı aktual bir araşdırması olduğu iddiası

Eynşteynin qeyri-mümkündür dediyi şeyi Mete Atatürenin bacardığı aktual bir araşdırması olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Mete Atatürenin “işıq səviyyəsinin səs-küyünün ölçülməsi” araşdırması yeni deyil, 2015-ci ildəndir.

Atatüre işığın səsini ölçmədiklərini, işıq hissəciklərinin səs-küyünü ölçə bilmək üçün səs formatından faydalandıqlarını deyib.

Atatüre mövzunun Eynşteyn ilə əlaqəsi olmadığını vurğulayıb.

Atatüre və komandasının apardığı araşdırmalar isə Eynşteynin ölümündən 26 il sonra 1981-ci ildə irəli sürülən bir nəzəriyyəni təcrübələr ilə ortaya qoymaqdır.

Prof. dok. Mete Atatürenin Cambridge Universitetində apardığı “işıq səviyyəsinin səs-küyünün ölçülməsi” adlı araşdırmanın aktual olduğu və Eynşteynin bu ölçünü “qeyri-mümkün” hesab etdiyi iddia edilib. Türk dilində geniş yayılan iddia azərbaycanca da paylaşılıb.

mete atature eynsteyn iddia ekranipng

Prof. dok. Mete Atatüre Cambridge Universitetinin 2007-ci ildə qurulmuş Quantum Optical Materials and Systems (Kvant Optik Materialları və Sistemləri - QOMS) adlı araşdırma komandasının rəhbəridir.

Araşdırma yeni deyil

Atatüre və komandasının araşdırmasını QOMS-un internet səhifəsindəki “Researches” (Araşdırmalar) bölümündə tapmaq mümkündürNature adlı jurnalda da dərc olunan “Quadrature squeezed photons from a two-level system” adlı məqalənin yayım tarixi 2015-ci ildir. Yəni sözügedən yeni bir araşdırma deyil.

“Mete Atatüre” açar sözləri ilə Google-da 2015-ci ilə aid nəticələrdə axtarış etdikdə Atatürenin həmin dövrdə açıqlaması olduğunu görürük: 

“Çox kiçik, lakin çox təməl kvant təsirini müşahidə edə bilmək üçün əvvəlcə təbii atom yerinə kvant nöqtə dediyimiz yarımkeçirici nanomaterialdan istifadə etdik. Beləcə işıq ilə əlaqəsi tək bir atomdan 100 qat daha çox olan “super atom” əldə etmiş olduq. İllərdir ki, gözlənilməyən bu kvant səs-küyünü beləcə aydın şəkildə ortaya çıxardıq. Yəni tam qaranlıqda belə həmişə var olduğunu düşündüyümüz təməl səs-küy səviyyəsinin, qaranlığa çox az miqdarda işıq əlavə etdikdə azaldıla biləcəyini sübuta yetirdik. Bu təsirin var ola bildiyi təcrübə şəraitində səs-küyün ölçüsü 35 ildir yoxlanılsa da uğurlu olmamışdı. Bunun əsas səbəbi təsirin var olduğu işıq səviyyəsinin səs-küy ölçüsünə görə çox az olması idi.”


Bəzi paylaşımlarda bu çalışma Atatürenin “işığın səsini ölçdüyü” iddiası ilə yayılıb. Atatüre,
Evrim Ağacının yayımında bu mövzu haqqında açıqlama verib:

Bunu qəti deyim ki, işığın səsi yoxdur, bir yandan eşitmirik. Amma digər yandan da var çünki elədiyimiz təcrübə [...] heterodyne dediyimiz bir texnikadan istifadə edir. Heterodynde isə budur: İşığın tezliyi çox yüksəkdir, bi onun səs-küyünü eşidə bilmək üçün dinləmək yerinə ona çox yaxın başqa bir tezlikdə, bir az dəyişmiş tezlikdə bir işıq daha istifadə edirik, referans işığı. İkisini qarışdırdıqda detektorda ikisinin tezlik fərqi yeni bir siqnal yaradır, o da 9 kHz-dir. Yəni biz əslində audio dinləyirik.”

Yəni araşdırma komandası əslində işığın səsini ölçmür, işıq hissəciklərinin səs-küyünü (noise) ölçə bilmək üçün səs formatından faydalanır. Fizikada səs-küy və ya noise, hər hansı bir mühitdəki vibrasiya kimi müəyyən edilir. 

Bu araşdırmanın Eynşteynin araşdırmaları ilə əlaqəsi yoxdur. Mete Atatüre illərdir ki, Twitter hesabından bu araşdırmanın Eynşteyn ilə əlaqəsi olmadığını təkrarlayır.

mete atature eynsteyn tweetler

O, araşdırmanın məqsədini belə açıqlayıb

Plutona detallı baxmaq istəmək yaxud pentaquarkların var olduğunu sübut etməklə eyni şeydir. Bunların hər iksinin də hələlik müəyyən bir məqsədi yoxdur, lakin əsl məsələ daha çox şey öyrənməkdir. Bunu etməkdə məqsədimiz marağımız və yeni şeylər kəşf etmə istəyimizdir. Elmin özü də budur.

Teyit mövzu ilə bağlı Prof. Dok. Mete Atatüre ilə əlaqəyə keçdi. Atatüre mövzu haqqında belə dedi

Hərdən insanların köhnə xəbərləri yaydığı hallar baş verir, kədərli olan isə qəzetlərin də bunu etməsidir. Mövzunun Eynşteyn ilə əlaqəsi yoxdur, komanda ilə araşdırmamız 1981-ci ildə irəli sürülən nəzəri proqnozu müşahidə etmək idi. 2015-ci ildə verdiyim bütün açıqlamalarda etibarlı bir şəkildə bunları açıqladım. Eynşteyni kimsə özü xəbərə əlavə edib. Başqaları da bununla kifayətlənməyib “Eynşteyn və digər elm adamları” deyə əlavə edib. Qəribə bir şəkildə həmişə əlavələr edilib. 


1905-ci ildə Albert Eynşteynin irəli sürdüyü əsas nəzəriyyələrdən biri də kvant işıq
nəzəriyyəsi idi. Həmin illərdə işığın bir dalğa olduğu düşünülürdü, elektromaqnit bir dalğa kimi qəbul edilir və işığın ether adlı başqa bir mühitdə hərəkət etdiyi düşünülürdü. Eynşteyn isə 1905-ci ildə yazdığı məqalədə işığın dalğa deyil, foton adlı hissəciklərdən ibarət olduğunu iləri sürdü. İşığın fərqli bir mühitdə hərəkət etmədiyini və sabit bir sürəti olduğunu dedi. 

İşığın maddə ilə kvant səviyyəsindəki qarşılıqlı təsirini araşdıran elm sahəsinə kvant optikası deyilir. Atatüre və komandasının apardığı araşdırmalar isə Eynşteynin ölümündən 26 il sonra 1981-ci ildə irəli sürülən, işığın sıxılma texnikası ilə bağlı nəzəriyyəni təcrübələr ilə ortaya qoymaqdır.


Töhfə verənlər
  • Prof. dok. Mete Atatüre