Estoniyanın bir adasında sadəcə 400 qadın yaşadığı iddiası

Estoniyanın bir adasında sadəcə 400 qadın yaşadığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Kihnu rəsmisi hazırda adada 355-i kişi, 338-i qadın olmaqla 693 nəfərin yaşadığını bildirib.

Anne Helene Gjelstad adlı norveçli fotoqrafın Kihnu cəmiyyətindən bəhsedən sənədli filmində adada yaşayan kişiləri də görmək mümkündür. Sənədli filmdə kişilərin günlük işlərdə aktiv olmadığından bəhs edilir.

Kihnuda tarixi olaraq kişilərin balıqçılıqla məşğul olmaq üçün aylarla adadan uzaqda qalması qadınların günlük işlərdə və adanın idarəetməsində aktiv olmasına səbəb olub.

Kihnu 2008-ci ildən bəri UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına saxildir.

2020-ci il tarixli xəbərlərdə ada sakinlərinin yaşadığı iqtisadi çətinliklərdən bəhs olunur. Dənizdən əldə olunan qazanc yaşamağa kifayət etmədiyi üçün qadınların aktiv olduğu sahələrdə artıq kişilər də işləyir.

Sosial mediada və xəbər saytlarında yayılan məlumatda Estoniyanın Kihnu adasında sadəcə qadınların yaşadığı iddia olunub. 

ekran estonya

Adada kişilər də yaşayır

Baltik dənizində yerləşən Kihnu adası, qadınların sosial həyatda və idarəetmədə aktiv rol aldığı, ənənəvi toxuma işləri və mədəniyyəti ilə tanınan bir Estoniya adasıdır. Ada 2008-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olub. Lakin iddia edildiyi kimi adada sadəcə qadınlar yaşamır. Ölkələrdə əhalinin demoqrafiyasına dair statistika paylaşan bir saytın məlumatına əsasən, 2021-ci ildə adadakı sakinlərin 343 nəfəri qadın, 347 nəfəri isə kişi olub.

Teyit mövzu ilə bağlı Kihnu yerli icra orqanına süal ünvanladı. Kihnu rəsmisi Maarja Karjam hazırda adada 355-i kişi, 338-i qadın olmaqla 693 nəfərin yaşadığını bildirib.

Kihnu adası ilə bağlı mediada bir çox məqalə və sənədli film tapmaq mümkündür. Anne Helene Gjelstad adlı norveçli fotoqrafın sənədli filmində, adadakı cəmiyyətin həyat tərzindən və qadınların rolundan bəhs olunur. Bu sənədli filmdə də Kihnunun sakinləri arasında kişiləri görmək mümkündür. Fotoqraf, adada kişilərin yaşadığını, lakin sosial həyatda daha çox qadınların rolu oynadığını vurğulayır

İqtisadi vəziyyət adanın ənənəsini dəyişdirir

Qadınların Kihnuda həm günlük işlərdə həm də idarəetmədə aktiv rol almasına tarixi olaraq kişilərin balıqçılıqla məşğul olması və aylarla adadan uzaqda, dənizdə olması səbəb olub. Kişilərin adada olmadığı dövrlərdə, Kihnu mədəniyyətinin və ənənəvi işlərin davamlılığı, adadakı mərasimlərin təşkili, kənd təsərrüfatı kimi fərqli sahələrdə qadınlar aktiv rol oynayıb

2020-ci ildə mediada yer alan xəbərlərdə, adanın iqtisadi çətinliklərə görə dəyişən ənənələrindən və problemlərindən bəhs olunub. Kihnu sakinləri, dənizdən əldə olunan qazanc yaşamağa kifayət etmədiyi üçün balıqçıların ya adanı tərk etdiyini, ya da ənənəvi olaraq qadınların gördüyü işlərdə çalışdığını deyir.

İddia daha əvvəl Fakt Yoxla tərəfindən də araşdırılıb.