Sosial mediada və xəbər saytlarında paylaşılan bir məlumatda Diriliş Ertuğrul serialının aktyorlarından biri olan Engin Altan Düzyatanın, Azərbaycan və Ermənistan döyüşlərində Azərbaycanı dəstəkləyici bir tweet paylaşdığı iddia edildi. Paylaşımlarda istifadə edilən ekran görüntüsünün alındığı tweetdə “Qarabağ Azərbaycanındır, Kəşmir Pakistanındır, Türkiyə hər ikinizin yanındadır” cümləsi yazılıb.
Həmin sosial media hesabı aktyora aid deyil
Pakistan Baş Naziri 18 oktyabr Müstəqillik Günü münasibətilə tweet paylaşıb. Bu tweetin altındakı şərhlərdən də biri Engin Altan Düzyatan adlı hesabdan yazılan “Qarabağ Azərbaycanındır, Kəşmir Pakistanındır, Türkiyə hər ikinizin yanındadır.” cümləsidir. Lakin bu hesab aktyorun rəsmi hesabı deyil. Hesab Diriliş Ertuğrul aktyorunun rəsmi hesabındakı profil və cover fotosu ilə eyni fotoları istifadə edib.
Lakin profilə diqqətlə baxdığımız bio qismində “Hayran sayfası” yazıldığını görürük. Engin Altan Düzyatanın öz hesabındakı istifadəçi adı “@eadksk” , fanatlarının açdığı hesabın istifadəçi adı isə “@eadkski”-dir.
Aktyorun rəsmi Twitter hesabında mavi işarə olmasa da hesabın Engin Altan Düzyatana aid olub olmadığını rəsmi internet səhifəsindən doğrulamaq mümkündür. Aktyorun rəsmi internet səhifəsində əlaqə hissəsində sosial media hesablarına o cümlədən Twitter hesabına yönləndirmə linki mövcuddur. Bu link “@eadksk” adlı rəsmi hesaba yönləndirir.
27 sentyabr Azərbaycan və Ermənistan arasındakı döyüşlər davam edərkən sosial mediada bəzi şübhəli məlumatlar da paylaşılmağa davam edir. Daha əvvəl də TV aparıcısı Ece Üner adına açılmış parodiya hesab həqiqi olduğu düşünülərək paylaşılmışdı. Belə hallarda həmin hesabların bio qisminə nəzər yetirmək kömək edir. Davam edən döyüşlərlə bağlı yayılan şübhəli məlumatları araşdırdığımız analizlərə bu link vasitəsilə baxa bilərsiniz.