İllərdir ki, bəzi internet saytlarında və sosial media platformalarında paylaşılan iddiaya əsasən Red Bull-un tərkibində buğa sperması mövcuddur. İddiaya görə enerji içkisində taurin adlanan bu maddə buğanın spermasından əldə olunur.
Taurin sintetik şəkildə əldə olunur
Red Bull-un içərisində mövcud olan və buğa spermasından hazırlandığı iddia edilən taurin maddəsi suni şəkildə yaradılır. Yəni içkinin tərkibində hərhansı bir buğa sperması mövcud deyil.
İddianın şəhər əfsanəsinə çevrilməsinin ardından Red Bull şirkəti internet səhifəsində sual cavab şəklində post paylaşaraq bu maddənin steril bir mühitdə dərman şirkətləri tərəfindən sintetik şəkildə, yəni suni şəkildə yaradıldığını açıqlayıb.
Yenə Red Bull tərəfindən paylaşılan başqa bir paylaşımda, Taurin maddəsinin vücudda təbii formada mövcud olduğunu və bu miqdarın 250 mililitr Red Bull-un tərkibində mövcud olan miqdardan daha yüksək olduğunu qeyd edib.
Mənbə : Redbull
Diclə Universiteti Tibb Jurnalında 2012-ci ildə dərc edilən “Enerji içkiləri haqqında nələr bilirik” başlıqlı məqalədə də taurinin təbii bir amin turşusu olduğu və bədəndə 40-400 milliqram arasında mövcud olduğu qeyd olunub. Enerji içklərinin tərkibindəki aktiv maddələrin müzakirə olunduğu məqalədə çox miqdarda taurinin hipotermiya kimi tibbi problemlərə yol aça biləcəyi də bildirilib.
İnternetdə də enerji içkilərinə dair birdən çox məqaləyə rast gəlmək mümkündür. Bu məqalələrdən biri olan “Enerji içkiləri ruhu qanadlandırır, bəs bədəni?” başlıqlı yazıda enerji içkilərinin içərisindəki aktiv maddələr müzakirə edilir. Məqalədə, taurin maddəsinin vücudda, xüsusilə də ürək əzələlərində hüceyrə içərisində sümüklərdə çox miqdarda mövcud olduğu qeyd olunub. Sonda isə bu içkilərin təsirləri və yan təsirləri haqqında kifayət qədər araşdırmanın olmadığı və enerji içkilərindən istifadə edərkən diqqətli olmağın vacib olduğu vurğulanıb. 2008-ci ildə aparılan və bəzi amin turşularının təhlil edildiyi bir araşdırmada isə gün ərzində üç qramdan artıq taurinin qəbul edilməməsi tövsiyyə olunur.
Əsasən beyində və qara ciyərdə sintezlənən taurin maddəsi, təqribən 160 il əvvəl ilk dəfə bir buğanın ödündən əldə olunduğu üçün latınca buğa mənasını verən “taurus” sözünə görə belə adlandırılıb. Sintetik formada hazırlanan taurini isə almaq mümkündür.
Independent qəzetinə müsahibə verən bir tacir, buğa spermasının mal-qaranın suni mayalanmasından başqa bir sahədə istifadə edilmədiyini açıqlayıb, hətta “Başqa bir işə yaradığından xəbərdarsınızsa mənə də bildirin.” deyib.
Red Bull-un tərkibində buğa sperması olduğu iddiası dünyada da çox yayılan bir internet əfsanəsidir. Reuters və Snopes də mövzu haqqında yazılar dərc edərək iddiaların doğru olmadığını və Red Bull-un tərkibindəki taurin maddəsinin sintetik şəkildə hazırlandığını qeyd edib.
Taurin maddəsinin bilinməyən təsirlərinin ola biləcəyi iddiası ilə Fransada qadağan olan Red Bull 12 il sonra tərkibində taurin olmayan versiyası ilə 2008-ci ildə yenidən satış haqqı qazanıb.