Emmanuel Makrona yumurta atılan videonun yeni olduğu iddiası

Emmanuel Makrona yumurta atılan videonun yeni olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Hadisə 2017-ci ilin martında Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində baş verib.

Bu tarixdə Emmanuel Makron prezident deyil, prezidentliyə namizəd idi.

Sosial mediada və bəzi xəbər sayıtlarında Fransa prezidenti Emmaneul Makrona yumurta atılması videosunun yeni olduğu iddia edildi.

makron yumurtapng

Tərsinə foto axtarış üslundan istifadə edərək fotonu axtardığımız zaman videonun indi deyil 1 mart 2017-ci ildə olan bir hadisə zamanı qeydə alındığını öyrənirik

Fransız nəşri olan "Gala.fr" 2017-ci ildə yazdığı məlumatda qeyd olunur ki, Fransa prezidentliyinə namizəd Makron Parisdə “Salon de l'Agricultur”da keçirilən kənd təsərrüfatı tədbirində yumurta hücumuna məruz qalıb. 

Makronun hücuma məruz qalması ilə bağlı video xəbərləri Fransız televiziya kanalı “Canal+” və “Le Petit Journal” dərgisi özlərinin “Facebook” səhifələrində baş verən hadisə ilə bağlı videolar paylaşıblar. 

Hadisə baş verən zaman Makron prezident deyildi

“Google” araşdırmalarımız zamanı məlum olur ki, hadisə baş verən zaman Makron prezident deyil, prezdentliyə namizəd idi. 

makron yumurta videosu teyit

Ekran görüntülərindən də göründüyü kimi hadisə 1 mart 2017-ci ildə baş verib. Fransada isə prezident seçkiləri 2017-ci ilin aprel ayının 23-də baş tutub. Birinci turda qalib müəyyən olunmadığından 2017-ci ilin mayın 7-də ikinci tur keçirilib

fransa prezident seckileripng

2017-ci il Fransa prezident seçkilərinin nəticələri

Burada Emmanuel Makron rəqibi Marin Le Penə qalib gələrək Fransa prezidenti olub. 

Qeyd edək ki, videonun yeni olmaması ilə bağlı “Reuters.com”, “Factcheck.afp.com” saytları da araşdırma dərc ediblər.