Bir çox xəbər saytında və sosial şəbəkədə əfqan qadın və voleybolçu Mahcabin Hakiminin Taliban tərəfindən öldürüldüyü iddia edilib.
İddiaların bir çoxu New York Post, Inside the Games kimi xarici xəbər saytlarına əsaslanır. Həmin xəbər saytlarında verilən məlumatlara nəzər yetirdikdə görürük ki, mənbə olaraq klubun məşqçisi və öz təhlükəsizliyi üçün adını gizlədərək Suuraya Afzali ləqəbindən istifadən bir şəxs göstərilib. Afzali, Mahcabin Hakiminin oktyabr ayının əvvəlndə öldürüldüyünü, lakin ailəsi təhdit edildiyinə görə gizlədildiyini iddia edib.
Açar sözlərdən istifadə edərək, Google Fact-check Explorer axtarış qutusunu istifadə edərək mövzu haqqında araşdırma apardıqda, bu barədə yayınlanmış və iddianın yanlış olduğu işarələnən fakt yoxlama məqaləsinə rastlanır. Alt News tərəfindən aparılan araşdırmaya əsasən Hakimi 5 avqust 2021 tarixində, yəni Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən 10 gün əvvəl ölüb. Mahcabinin qardaşı Skandar Hakimi 7 avqust və 9 avqust 2021-ci ildə Facebook hesabında iki post paylaşıb. Birincisində sadəcə qara bir foto var və heç nə yazılmayıb. İkincisində isə açıqlama qisminə “Səninlə hər zaman fəxr edəcəm əziz bacım” yazılıb. Mahcabinin 2015-ci ildən bəri Daxili İşlər Nazirliyinə işlədiyi bilinir.
Yenə Alt News-un əlaqə saxladığı, Hakiminin bir qohumuna əsasən, Mahcabin, 2020-ci ildə Macid Xan (Majid Khan) adında biri ilə nişanlanıb. Kabildə Macid Xan və ailə ilə yaşayırmış. Qohumun açıqlamasına əsasən Mahcabin ABŞ-da qazandığı təqaüd nişanlısının ailəsi ilə anlaşmazlığa səbəb olub. Mahcabinin qohumu, mövzu ilə bağlı belə deyir: “Mahcabin oktyabrda Taliban tərəfindən öldürülməyib. 6 avqust tarixində ölüb və meyidi Kabildə, nişanlısının hamamında tapılıb. Nişanlısı, Mahcabinin özünü boğduğunu iddia edib. Lakin ailəmiz bunun nişanlısının ailəsinin işi olduğundan şübhələnir.”
Mahcabinin qohumu, eyni zaman qadının məzar daşını da Alt News ilə paylaşıb. Məzar daşında ölüm tarixi 5/15/1400 olaraq görünür.
Bu tarixi, Cəlali təqvimindən Miladi təqvimə çevirdikdə isə 6 avqust 2021-ci il tarixinə aid olduğunu görürük. Bu da Mahcabin Hakiminin, Talibanın idarəetməni ələ keçirməsindən əvvəl öldüyünü doğrulamış olur.
Mahcabinin ailəsinin açıqlamasına əsasən Talibanın qadının ölümü ilə əlaqəsi yoxdur.
Bundan əlavə Malumatfuruş tərəfindən hazırlanan analizə əsasən bir çox əfqan juranlist iddianın yanlış olduğunu vurğulayıb.