Ece Ünerin hesabından paylaşıldığı iddia edilən tweet

Ece Ünerin hesabından paylaşıldığı iddia edilən tweet

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Tweeti yazan “EceUnerShowTV” bir parodiya hesabdır.

Ünerin rəsmi hesabı Twitter tərəfindən təsdiqləndiyi görünən mavi işarəyə sahibdir

Üner hesabın saxta olduğunu açıqladı.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial media platforması Twitter-də paylaşılan bir tweet xəbər aparıcısı Ece Üner tərəfindən paylaşıldığı düşünüldü. Ayrı-seçkiliyə yol verilən tweet çox sayıda retweet, şərh və bəyənə topladı.

eceuner sahte hesap paylasim

Profil parodiya üçün açılıb

Ünerin rəsmi hesabı ilə eyni profil fotosu istifadə edən hesabın açıqlama hissəsində parodiya məqsədi ilə açıldığı ifadə edilib. 

eceuner sahte hesap parodi

Ünerin rəsmi hesabında isə Twitter tərəfindən təsdiqləndiyini ifadə edən mavi işarə mövcuddur. Bu hesabın istifadəçi adı isə  “eceuner12”-dir.

eceuner sahte hesap gercek hesap

Tweet yayıldıqda isə Ece Üner adı “EceUnerShowTV” olan hesabın ona aid olmadığını bildirən bir tweet atdı. 

eceuner sahte hesap duyuru

Eyni ad və şəkillər istifadə edilərək açılan hesablar sosial media istifadəçilərini yanılda bilər. Belə hallarda hesablardakı açıqlamalar kömək edir. Məşhur şəxslərin internet səhifələrində olan sosial media işarələrini izləyərək də orijinal hesabları tapa bilərsiniz.

Ece Üner bir neçə gün əvvəl TV ekranlarında Kim Kardashian haqqında işlətdiyi cümlələrə görə cinsiyyətçiliklə bağlı təndiqlərə məruz qaldı.