Sosial mediada paylaşılan və Dünya Bankının internet səhifəsindən alınan bir sənədin karantin tədbirlərinin 2025-ci ilə qədər davam etdirilməsini subut etdiyi iddia edildi.
Sənəd Dünya Bankının Covid-19-un bitiş tarixini təxmin etdiyini göstərmir
Dünya Bankının rəsmi internet səhifəsindəki “Covid-19 Strategiya Hazırlığı və Tədbir Proqramı və Çox Mərhələli Proqramatik Yanaşma ilə Birinci Mərhələ Altında Tövsiyyə edilən 25 Layihə” (Covid-19 Strategic Preparedness and Response Program And Proposed 25 Projects Under Phase 1 Using The Multiphase Programmatic Approach) sənəd 2 aprel 2020-ci ildə yayınlanıb.
Karantin tədbirlərinin 2025-ci ilə qədər davam etdirələcəyini göstərdiyi iddia olunan sənəd, əslində Covid-19 pandemiyasına qarşı strategiya hazırlığı və tədbir proqramının ələ alındığı bir hesabatdır. Hesabatda tövsiyyə olunan 25 layihəyə yer verilib.
2 aprel 2020-ci ildə yayınlanan sənəddə yer verilən layihə və qərarların 31 dekabr 2020-ci ilə qədər davam etdirələciyi hesab edilib. Proqramın isə 31 mart 2025-ci ilə qədər davam edəcəyi güman edilir. Yəni 31 mart 2025 tarixi karantin tədbirlərinin sonunu göstərmir, Dünya Bankının strategiya hazırlığı və tədbirlər proqramının gözlənilən qapanış tarixini göstərir.
Tarixlərin yer aldığı səhifəyə diqqətlə nəzər keçirdikdə proqramın məqsədini görmək mümkündür:
“Proqram Hazırlamanın Hədəfi, Covid-19-un yaratdığı təhdidin qarşısını almaq, aşkarlamaq və bunlara müdaxilə etmək və cəmiyyətin sağlamlığı hazırlığı üçün milli sistemləri gücləndirməkdir.”
Bu strategiya hazırlığının məqsədi ölkələrin daha qısa müddətdə bərpası, böyümə imkanlarının təmin edilməsi, orta və kiçik ölçülü müəssisələrə dəstək verilməsi və yoxsul və müdafiəsiz olanların qorunmasıdır. 2023-cü ilin sonuna qədər 150-160 milyon dollar arasında yardımla təmin etmək planlanır.
Azərbaycan yardımın veriləcəyi ölkələr arasında deyil. Bu 25 ölkəyə Əfqanıstan, Argentina, Cape Verde, Kamboca, Konqo Demokratik Respublikası, Cibuti, Ekvador, Efiopiya, Qambiya, Qana, Haiti, Hindistan, Kenya, Qırğızıstan, Maldivlər, Mavritaniya, Monqolustan, Pakistan, Paraqvay, Sao Tome və Prinsip, Senegal, Sierra Leone , Şri Lanka, Tacikistan və Yəmən daxildir.
Dünya Bankının karantin tədbirlərini uzatmaq kimi bir səlahiyyəti yoxdur. Karantin qərarları beynəlxalq formada alınmır. Hər ölkə hətta bəzi ölkələrdə yerli səlahiyyətlilər öz tədbirlərinə özü qərar verir.
Pandemiya bir xəstəliyin insan həyatının davam etdiyi bütün ərazilərə təsir göstərməsi mənasına gəlir. Covid-19 bütün dünyaya təsir altına almağı bitdikdə pandemiya olmaqdan çıxacaq. Bir xəstəliyin pandemiya elan olunması Dünya Bankının səlahiyyətində deyil. Pandemiya elanını verməklə cavabhdeh olan qurum Ümumdünya Səhiyyə Təşlikatıdır.
İddia fərqli ölkələrdə də yayınlanmışdı, VoxCheck tərəfindən də yalanlanmışdı.
Dünya Bankının layihəsi qeyri adi olmadığı kimi həyata keçirilən tək layihə də deyil. Pandemiya kimi böyük qruplara təsir göstərən böhranlarda fərqli qurumların fon, yardı və ya proqram həyata keçirməsi çox rastlanan bir haldır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının həm Covid-19, həm də digər xəstəliklərlə bağlı həyata keçirdiyi bir çox layihə mövcuddur. Bu layihələr ehtiyac sahibi olan qruplara və ölkələrə böyük dəstək verilməsini təmin edir. Bu layihələrə yardım ianə vermək də olur.