Döyüşlər zamanı Dubaydakı binalara Ermənistan bayrağının əks etdirildiyi iddiası

Döyüşlər zamanı Dubaydakı binalara Ermənistan bayrağının əks etdirildiyi iddiası

Yanlış Yanlış

Faktlar

Ermənistan bayrağı binalara döyüşlərin başlanmasından əvvəl əks etdirilib.

Bayraq milli qurtuluş günü münasibətilə əks etdirilib.

Binaya 2020-ci ilin May ayında Azərbaycan bayrağı da əks etdirilib.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkələrdə yayılan bir fotoya görə Azərbaycan və Ermənistan arasında yaşanan döyüşlərdən sonra Ermənistana dəstək məsədilə Dubaydakı binalara bu ölkənin bayrağı əks etdirilib.

6 oktyabr 2020-ci ildə paylaşılan bəzi fotolarda Ermənistan bayrağının bir gün əvvəl əks etdirildiyi ifadə edilib.

dubai ermenistan bayragi

Bayraqlar döyüşlərdən əvvəl əks etdirilib

Ermənistanın Birləşmiş Ərəb Əmirlikləri səfirliyinin Facebook hesabında paylaşılan 21 sentyabr 2020-ci tarixli bir paylaşımda bu fotoya rast gəlmək mümkündür. Paylaşımda Dubaydakı ADNOC və Bürc Xəlifə binalarına Ermənistan bayraqlarının əks etdirildiyindən bəhs edilir.

dubai ermnistan bayragi burjkhalifa

Dubayın simvollarından Bürc Xəlifə adlı binanın İnstagram hesabı da Ermənistan bayrağını göstərən bir video yayınlayıb. Ermənistan milli bayramında bayraqların qüllələrə əks etdirilməsi ilə bağlı xəbər, Ermənistan Xalq Radiosu tərəfindən 21 sentyabr 2020-ci ildə yayımlanıb.

Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağda yaşanan döyüşlər 27 sentyabr 2020-ci ildə başlamışdı. Yəni, fotolar döyüşlərdən əvvəl çəkilib.

Bundan əvvəl Bürc Xəlifədə Azərbaycan bayrağı da əks etdirilib

İnternetdə axtarış etdiyimiz zaman Azərbaycan milli bayramında Bürc Xəlifədə Azərbaycan bayrağının əks etdirildiyinin şahidi oluruq. Qüllənin rəsmi hesabı 2020-ci ilin May ayında Azərbaycan bayrağının rənglərini əks etdirmişdir.

azerbaycan bayragi burjkhalifa

Binaya əks etdirilən Azərbaycan bayrağını videoya qeyd edənlər də olub.

 
Dubaydakı binalara fərqli ölkələrin bayraqlarının əks etdirilməsi bir ənənə halına gəlmişdir. Bürc Xəlifənin İnstagram hesabında bir çox fərqli ölkənin bayrağının binaya əks etdirlildiyini görmək mümkündür.

diger bayraklar burjkhalifa

Bununla birlikdə ölkənin Əbu Dabi Milli Neft Şirkətinin (ADNOC) binasına da fərqli dövrlərdə fərqli ölkələrin bayraqları əks etdirilib.

pakistan bayragi

Əbu Dabi Milli Neft Şirkətinin binasına 2018-ci ildə əks etdirilən Pakistan bayrağı.