Ermənistan və Azərbaycan arasında başlayan döyüşlərin ardından Qarabağda çəkildiyi iddia edilən bir görüntü sosial şəbəkələrdə yayıldı.
Görüntülərə Rus aktivist Vladimir Solovyovun verlişində də yer verildi.
Bir hava sisteminin dağlıq əraziyə atəş açması nəticəsində ortaya çıxan görüntülərin Qarabağda lentə alındığı iddia edildi.
Görüntülər bir video oyunundan alınıb
Qarabağ ərazisində yaşanan döyüşlərə aid olduğu iddia edən görüntüləri əks axtarış üsulu ilə axtardığımız zaman, oyun videoları paylaşan bir YouTube kanalının həmin videonu keçən avqust ayında yayınladığını görürük. Video, Arma 3 adlı bir video oyundan alınıb və A-10 Thunderbolt adlı hava sisteminin uçuşunu göstərir.
Oyuna sonradan əlavə edilən A-10 Thunderboltun xüsusiyyətlərini Steam Community üzərindən görmək mümkündür. Bu təyyarə eyni zamanda “Warthog” ve “Hog” adları ilə də tanınır. 1970-ci illərdə istehsal edilən təyyarə İkinci Dünya Müharibəsi zamanı ABŞ tərəfindən istifadə edilən digər bir təyyarə modeli olan P-47 Thunderbolta ithafən belə adlandırılıb və oyuna uyğunlaşdırılıb. ABŞ Hava Qüvvələri üçün istehsal edilən təyyarə Azərbaycan və ya Ermənistan tərəfindən istifadə olunmur.
Rus aktivist və aparıcı Vladimir Solovyovun da YouTube kanalında yayınladığı verlişdə paylaşdığı və Star Wars filminə bənzətdiyi görüntülərin Qarabağ ilə heç bir əlaqəsi yoxdur. Eyni təyyarəyə bənzər digər görüntüləri videonu paylaşan YouTube kanalında tapmaq mükündür. Oyunu isə müvafiq oyun platformalarından almaq olur.
Arma 3 oyunundan olan digər görüntülər bundan əvvəl də televizorda göstərilib və Teyit tərəfindən yayınlanıb. Yaxın zamanda paylaşılan bir digər iddia videosu da yenə eyni oyundan götürülüb.