Dmitri Medvedyevin 2021-ci ilin mart ayında İtaliyada həbs olunduğu iddiası

Dmitri Medvedyevin 2021-ci ilin mart ayında İtaliyada həbs olunduğu iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

6 mart 2021 tarixində paylaşılan iddiadan iki gün sonra Medvedyevin rəsmi sosial media hesablarında paylaşımlar mövcuddur və hər hansı bir həbsdən bəhsedilmir.

İddia paylaşıldığı tarixdə Medvedyev Rusiya Təhlükəsizlik Şurasının sədr müavini idi, 12 mart tarixində şura ilə Putin arasında həyata keçirilən və Medvedyevin də iştirak etdiyi bir iclasa dair xəbər mövcuddur.

İtaliyanın Rusiyadakı səfirliyi və ya Rusiyanın İtaliyadakı səfirliyi hər hansı bir həbsdən bəhs etmir.

Rusiyanın İtaliyadakı səfiri Sergey Razovun İtaliya mətbuatına verdiyi 12 mart tarixli müsahibədə Covid-19 peyvəndindən bəhsedilir və hər hansı bir həbs faktından danışılmır.

Vladimir Putin, 15 mart 2021-ci ildə imzaladığı qərar ilə Medvedyevi yeni vəzifəyə, Elm və Təhsil Şurasının sədr müavini vəzifəsinə təyin etdi.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə keçmiş Rusiya prezidenti Dmitri Medvedyevin İtaliyada həbs edildiyi iddiası paylaşıldı.

medvedev tutuklanma iddiasi

Medvedyev yeni vəzifəyə təyin edilib 

Əvvəlcə iddiada həbs olunduğu deyilən Dmitri Medvedyevin rəsmi FacebookTwitter hesablarına baxırıq. 6 mart 2021-ci ildə paylaşılan iddiadan iki gün sonra 8 mart tarixində Medvedyevin rəsmi hesablarından paylaşımlar etdiyini görürük.

medvedev 8 mart paylasimi

İddianın paylaşıldığı tarixdə Dmitri Medvedyevin vəzifəsi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini idi. Şuranın rəsmi internet səhifəsindəki açıqlamalara və xəbərlərə nəzər keçirdikdə hər hansı bir həbs faktının olmadığını görmək mümkündür. Eləcə də iddianın paylaşılmasından bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putin ilə keçirilmiş 12 mart 2021 tarixli iclas haqqında xəbər mövcuddur. Həmin xəbərdə iclasda iştirak edənlər arasında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin də adı mövcuddur.

medvedev putin toplanti

Rusiya Təhlükəsizlik Şurasının rəsmi səhifəsində Medvedyevin də iştirak etdiyi iclasa dair xəbərin görüntüsü.

Rusiyanın İtaliyada səfirliyinin rəsmi internet səhifəsində xəbərləraçıqlamalar bölmələrinə baxdıqda da iddia edilən həbs haqqında məlumat olmadığını görürük. Eləcə də Rusiyanın İtaliyadakı səfiri Sergey Razovun 12 mart tarixində verdiyi bir müsahibəyə dair xəbər də mövcuddur. Koronavirusa qarşı hazırlanan peyvənddən bəhs edilən bu mühasibədə Medvedyev və ya onun həbsinə dair hər hansı bir faktdan bəhs edilmir. Həmçinin İtaliyanın Moskva səfirliyinin rəsmi Facebook səhifəsində nə də rəsmi internet səhifəsinin xəbərlər hissəsində Medvedyev və ya həbsinə dair fakt yoxdur.

Bundan əlavə son günlər Medvedyev ilə bağlı yayınlanan xəbərlər və Rusiya hökümətinin rəsmi açıqlamalarına nəzər saldıqda, onun 15 mart 2021 tarixli qərar ilə vəzifəsinin dəyişdiyini görürük. 

medvedev yeni gorev atamasi

Rusiya prezidenti Vladimir Putinin imzaladığı qərar hökümətin rəsmi internet səhifələrində mövcuddur.